Səhifələr

Blogroll

30 November 2011

JaxtrSMS - Öz telefonunuzdan pulsuz SMS

Bütün mobil operatorlarımızın nəhayət ki, 3G dəstəkləməsindən sonra təklif olunan internetin mümkün qədər produktiv istifadəsi sualı yaranır. Məncə JaxtrSMS proqramı aktiv SMS yazarlar üçün çox maraqlı proqram olacaq. JaxtrSMS internetdən istifadə edərək sizə dünyanın hər bir nöqtəsinə SMS göndərməyə imkan verir. Ən əsas üstünlüyü isə SMS-i göndərdiyiniz telefonda bu proqramın yüklənməsinə ehtiyac yoxdur. SMS sayına heç bir limit yoxdur. Ən əsası isə göndərdiyiniz telefonda WebMesaj-da olduğu kimi operatorun adı yox, sizin öz nömrəniz görsənəcək.
Test etmək üçün öz Android ƏS-li smartfonumda yoxladım. Bakcell və Azercell arasında 2 SMS-dən hər ikisi ünvana çatdı. 10-15 saniyə gecikmə olsa da məncə kritik deyil. Sadəcə SMS-in sonuna servisin kiçik tekst reklamı əlavə olunur.

JaxtrSMS demək olar ki, hər bir platforma üçün mövcuddur. Yükləyin test edin :)

26 November 2011

Google Music servisindən necə istifadə edək?

Google şirkətinin beta səviyyəsində olan növbəti servislərindən biri də Google Music-dir. Bu servisin əsas məqsədi sizin sevimli musiqilərinizin internetə çıxışı olan istənilən avadanlıqdan dinləmək imkanı yaratmaqdır. Öz musiqilərinizdən əlavə siz Android Market-dən bəyəndiziniz musiqiləri pulla ala bilər və ya pulsuz olanları yükləyib dinləyə bilərsiniz. Maraqlı səslənir amma təəssüf ki, beta dövründə servisdən istifadə ancaq Birləşmiş Ştatlar əhalisi üçün mümkün olacaq.
Bu yazıda biz Google aldadaraq Google Music servisini istifadə etəmyə başlayacağıq.
İşə başlamaq üçün bizə ilə növbədə ABŞ İP ünvanı lazımdır. İP dəyişən kifayət qədər proqram var, amma mən TunnelBear proqramından istifadə etdim. Öz platformanıza uyğun proramı yükləyin və quraşdırın.

Çox sadə qeydiyyatdan sonra email ünvanınıza gələn məktubu təstiqləyib proqrama daxil olun.  ON düyməsini klikləyib proqramı aktiv edin.

Bu əməliyyatları etdikdən sonra rahatlıqla Google Music səhifəsinə daxil olaraq qeydiyyatdan keçə və ya artıq mövcud olan Gmail hesabınızla daxil ola bilərsiniz. Bundan sonra İP ünvanınızdan asılı olamayaraq daxil olduğunuz hesabla istənilən yerdən servisdən istifadə edə bilərsiniz. Bu o deməkdir ki, TunnelBear proqramı artıq sizə lazım deyil və rahatlıqla onu silə bilərsiniz.
Servisdən təkcə internet səyyahınızda yox, həmçinin Windows, Android, İPhone üçün olan proqramları yükləyə bilərsiniz.

23 November 2011

Google Chrome - Scrollbar of Contents əlavəsi

Bəzən daim izlədiyimiz səhifələrdə çox sayda məlumatlar arasında bizim üçün maraqlı olan informasiyanı axtarıb tapmaq kifayət qədər çox vaxt aparır. Bu məsələdə veb səhifələri daha sürətlə izləməkdə Google Chrome üçün olan Scrollbar of Contents əlavəsi sizə kömək edəcək. Bu əlavənin əsas işi açdığınız səhifədə olan xəbər başlıqlarını tapıb sizə göstərməkdir. Əgər sizi maraqlandıran xəbər varsa, başlıq üzərində klikləyib bir-başa xəbərə keçə bilərsiniz. Bununla səhifəni sona qədər dartmaqdan azad olursunuz.
Əlavə yükləndikdən sonra əlavələr panelində (sağ yuxarı tərəfdə) H hərfli icon yaranacaq.
Səhifədəki başlıqları görmək üçün ya bu icon üzərindən klikləyə, ya da Alt+Shift+N düymələrindən istifadə edə bilərsiniz.

Qeyd edim ki, əlavənin işə düşməsi üçün Google Chrome-ni bağlayıb yenidən açmaq lazımdır.

21 November 2011

Youtube yeni dizaynını aktiv etmək üsulu

Youtube yeni dizaynını aktiv etmək üçün aşağıdakı bir neçə sadə addımı etmək lazımdır.

1. Google Chrome
 - Youtube səhifəsini açın
 - Ctrl+Shift+J düymələrini sıxın. Bu sizin səyyahda Developer Tools bölməsini açacaq.
 - Console seçib javascript:document.cookie="VISITOR_INFO1_LIVE=ST1Ti53r4fU"; kodunu daxil edirik 

2. Mozilla FireFox üçün

 - Youtube səhifəsini açın
 - Ctrl+Shift+K düymələrini sıxın. Bu sizin səyyahda Developer Tools bölməsini açacaq.
 - Console seçib javascript:document.cookie="VISITOR_INFO1_LIVE=ST1Ti53r4fU"; kodunu daxil edirik 

Bu əməliyyatları etdikdən sonra internet səyyahınızı bağlayıb yenidən açmalısınız.

mənbə: habr.ru

Soyuducudakı xoşagəlməz iydən azad olaq

Bəzən soyuducunu açdıqda ordan gələn qoxu soyuducudakıları yeməkdən vaz keçməyimizə səbəb olur. Soyuducuda pis qoxu adətən ondan az istifadə olunduqda yaranır. Çünki soyuducunun qapısı açılmırsa bu o deməkdir ki, hava sirkulyasiyası yoxdur. İkinci səbəb isə itmiş və xarab olmuş məhsullar ola bilər. Soyuducudakı qoxu çox tünd və hopucu olur. Ondan canınızı qurtarmaq elə də asan deyil. İyi itirmək barədə bir neçə üsulu diqqətinizə çatdırmaq istəyirəm.

 1 - ci üsul:
Soyuducunu söndürüb, içindəkiləri boşaldın. Bundan sonra sabunlu suda isladılmış əski ilə soyuducunun içini silin. Mümkün qədər bütün görünən yerləri silmək lazımdır. Sildikdən sonra sönülü şəkildə qapısını açıq qoyub bütün gecəni saxlamaq lazımdır. Bu soyuducunun havalanmasına və iyin itməsinə kömək edəcək. Bundan sonra soyuducunu qoşub içini yenidən doldurmaq olar.

2 - ci üsul:
1 stəkan su götürün, içinə 2 çay qaşığı limon turşusu qatın. Əgər limon turşusu yoxdursa təzə limonun sıxıb suyundan istifadə edə bilərsiniz. Yaranan məhlulda salfeti isladıb soyuducuda yerləşdirin. Amma bunu etməzdən əvvəl soyuducunun içində olan xarab məhsulları çıxarmaq və təmizləmək lazımdır. Bir sutka ərzində salfet soyuducudakı pis qoxunu özünə hopduracaq. Əgər qoxu çox tünddürsə bir neçə salfet qoya bilərsiniz.

3 - cü üsul:
Bu üsuldan profilaktika kimi də istifadə edə bilərsiniz. Soyuducunun qapısında açıq soda qutusu saxlamaqla pis qoxunun yaranmasının qarşısını almaq olar. Bu qutunu soyuducuda müntəzəm dəyişməklə daim saxlamaq olar.

4 - cü üsul:
Bu üsuldan qoxu çox tünd olduqda istifadə edə bilərsiniz. Bunun üçün sizə 100 qr toz şəklində olan aktivləşdirilmiş kömür lazım olacaq. Zoumaqazinlərdən ala bilərsiniz. Kömür soyuducudakı məhsullara ziyan verməyəcək və qoxunu çox effektiv götürəcək. 

20 November 2011

Windows 7 - Tropik balıqlar mövzusu


Növbəti Windows mövzusu tropik balıqların şəkillərindən hazırlanıb. Çox maraqlı və rangarəngdir.


F5Plus - Photoshopda qatlanmış künc effekti - CS2

Bu dərs sizə bir neçə çox asand addımdan sonra şəkil küncünün əyilməsi effektini necə etməyi öyrədəcək. İstifadə edəcəyimiz əsas element Warp komandası olacaq. İlk dəfə istifadə edənlər üçün çox maraqlı olacaq. Qeyd edim ki, Warp komandası yalnız Photoshope CS2 – dən başlayaraq transformasiya menyusuna əlavə edilib. Köhnə versiya Photoshop istifadə edənlər du dərsdən yan keçsinlər.
Başlayaq. Effekt tətbiq ediləcək şəkli açın. 


Əgər bizim Layers (Qatlar) panelinə baxsaq açdığımız şəklin sağ tərəfində kiçik qıfıl işarəsini görərik. Bu o deməkdir ki, bu qat üzərində edəcəyimiz əməliyyatlar məhdud saydadır. 


Bu isə bizi qane etmir. Bunu düzəltmək üçün qıfılın üzərində cütklik edin. Artıq hər şey bizim istədiyimiz kimidir və işə başlaya bilərik. 


Alətlər panelindən Rectangular Marquee Tool alətini tapıb seçirik. 


Bu alətdən istifadə edərək şəklin əymək istədiyimiz küncühdə düzbucaqlı sahə seçirik. 


Alətlər panelindən Gradient Tool alətini tapıb Ağ – Qara rəngli qradienti düzbucaqlının sağ yuxarı küncündən sol aşağı küncünə tətbiq edirik. Nəticə belə olmalıdır. 



Alındı? Alındısa davam edək. Ctrl+D düymələrini sıxaraq seçilmiş sahəni ləğv edək. Ctrl+T düymələri ilə transformasiya rejiminə keçək. Açılan menyudan Warp əmrini seçək. 



Gördüyünüz kimi şəklimiz düzbucaqlılara bölündü və bizim Gradient tətbiq etdiyimiz sahə də onlardan birinin daxilindədir. Şəklin kənarlarında kiçik kvadratlar dayaq nöqtələridir. Gəlin sol aşağı küncdə olan dayaq nöqtəsini şəklin ortası istiqamətində dartıb nəticəyə baxaq. 


Əgər hər şey əladırsa Enter düyməsini sıxaraq davam edək. Küncü qatladıq. Gəlin effektimizə bir az da reallıq əlavə edək. Bunun üçün Ctrl+Shift+N düymələrini sıxaraq Yeni qat yaradaq. Yeni qat avtomatik olaraq bizim əsas qatdan yuxarıda yaranır. Bu isə bizi qane etmir. Mausun sol düyməsini Yeni qatın üzərində sıxıb əsas qatdan aşağı atırıq. 


Yeni qatı aktiv edərək ağ rəngə boyayırıq. Sonra isə yenidən Esas qatı aktiv edərək Layer – Layer Stayle – Drop Shadow menyusuna daxil oluruq. Aşağıdakı parametrləri daxil edərək belə bir nəticə alırıq. 



Məndə belə alındı, bəs sizdə necə?


19 November 2011

Qulaqcıqların dolaşmaması üçün necə yığmaq lazımdır


Telefonda musiqiyə qulaq asmağı sevənlər məncə cibdə qulaqcıqların ağıla gəlməyən formada düyünlənməsini bilirlər. Bu düyünlər səbəbindən musiqiyə qulaq asmaq əvəzinə düyün açmaqla məşğul olursunuz. Aşağıdakı videoda qulaqcıqların qatlanmasının çox sadə üsulu göstərilib. Əgər baxıb əməl etsəniz vaxtınızı boşa sərf etməzsiniz.

17 November 2011

YouTube - dən video yükləmənin üç usulu



Demək olar ki, hər birimiz hər hansı video axtarışında olduqda ilk növbədə müraciət etdiyimiz servis Youtube olur. Amma Google Youtube-da olan videolar üçün yükləmə keçidi qoymadığından məcburən kənar vasitələrdən istifadə etməli oluruq. Bu mövzuda video yükləmə üçün 3 üsul barədə məlumat verəcəm.

1- ci üsul:
Bu üsuldan istifadə etmək üçün sizə Google Chrome və Chrome əlavəsi olan Youtube Downloader lazım olacaq. Yuxarıda göstərilmiş keçidlərdən əvvəlcə Google Chrome yekləyin, ardınca isə ikinci keçiddən əlavəni yükləyin. Əlavə yüklənən kimi aktiv olunacaq və siz Youtube-də video-ya baxdıqda əlavə menyu görəcəksiniz. Siyahıdan istədiyiniz formatı seçib yükləyin.


2 - ci üsul:
İnternet Download Manager yükləməklə menecerindən istifadə etməklə video yükləmək. Göstərilmiş keçiddən proqramı yükləyin. İstifadə etdiyiniz bütün internet səyyahlarını bağlayıb proqramı kompüterinizdə quraşdırın. Proqram pullu olduğuna görə sizə 30 günlük yoxlama müddəti veriləcək. Pullu olmağına baxmayaraq əgər xoşunuza gələrsə internetdə kifayət qədər crack tapa bilərsiniz. Yükləndikdən sonra əgər hər hansı veb səhifədə video açsanız, pəncərənin aşağı sol tərəfində videonu yükləmək təklifi ilə əlavə düymə yarandığı görəcəksiniz. Bu düyməni sıxmaqla tək Youtube yox, istənilən veb səhifədən online videoları yükləyə bilərsiniz. 



3 - cü üsul:
Əgər siz hər hansı əlavə proqram yükləmək və ya internet səyyahınızı dəyişmək istəmirsinizsə bu üsul sizin üçündür. Bunun üçün siz ilk növbədə Youtube-də yükləmək istədiyiniz video olan səhifəyə keçib internet səyyahın yuxarı ünvan hissəsindən səhifəyə keçidin ünvanını götürürsünüz.

Bundan sonra KeepVid.com səhifəsinə daxil olursunuz. Götürdüyümüz ünvanı şəkildə göstərilmiş yerə daxil edib Yüklə düyməsini sıxırıq.
Qeyd edim ki, bu səhifədən istifadə etmək üçün kompüterinizdə Java yüklənmiş olmalıdır. Yüklə düyməsini sıxdıqdan sonra Javanın işə düşməsi barədə xəbərdarlıq alacaqsınız. Şəkildə göstərilmiş kimi işarələyib Run düyməsini sıxın.
Bir neçə saniyədən sonra müxtəlif formatlarda yükləmə keçidlərini görəcəksiniz. Sizə uyğun olanı seçib faylı yükləyə bilərsiniz.

Android cihazınızı Root etməyin daha bir yolu


Android ƏS-li cihaz əldə etdikdən sonra ilk növbədə onun Root, yəni tam idarəni əldə etmək ehtiyacı duyulur. İnternetdə bu barədə kifayət qədər məlumat var. Aşağıdakı .apk faylı yükləməklə də siz telefonunuzu root edə bilərsiniz. Proqram çox sadədir və 1 düymədən ibarətdir. Həmin düyməni klikləməklə müəllifin dediyinə görə əməliyyat sisteminizə heç bir zərər vurmadan Root hüquqları əldə etmək olar. Demək olar ki, əksər Android ƏS-li cihazları dəstəkləyir. Proqramı həm aşağıdakı keçiddən, həm də aşağıdakı QR kodu scan etməklə  bir başa telefonunuza yükləyə bilərsiniz.




16 November 2011

TinEye Client - Windows explorer üçün əlavə



Windows Explorer üçün olan bu əlavə bəlkə də ilk baxışda sizə lazımsız gələ bilər. Amma bəzi hallarda bu kiçik proqram çox köməyinizə yaraya bilər. Misal üçün - kompüterinizdə olan şəklin daha böyük ölçülü formasını axtarmaq, internetdə dərc etdiyiniz sizə aid bir şəklin başqa hardasa dərc olunmasını yoxlamaq və s.

Bu keçiddən 334 kb-lıq kiçik faylı yükləyin və kompüterinizdə quraşdırın. Quraşdırdıqdan sonra explorerin kontekst menyusuna şəkildə gördüyünüz kimi yeni menyu əlavə olunacaq. İstifadəsi çox asandır. Axtarmaq istədiyiniz şəkli seçirsiniz, üzərində sağ düyməmi klikləyib TinEye seçirsiniz. Bundan sonra proqram çox qısa zamanda sizin internet səyyahınızda tapılmış nəticələr barədə məlumat verəcək.



Windows 8 - METRO stilini söndürmək üsulu


Windows 8 Developer Preview ümumi istifadə üçün təqdim olunduqdan sonra internetdə bu ƏS barədə kifayət qədər məlumat dolaşmağa başladı. Bəziləri Windows 8- in üstünlükləri, bəziləri isə mənfi tərəfləri barədə yazır. Amma ən əsas mövzu fikrimcə tətbiq olunmuş yeni METRO Uİ oldu. Çünki 8 - ci Windows 7 - cidən ilk baxışdan ancaq Metro stilli başlanğıc (START) menyusu ilə fərqlənir. Bu barədə demək bəlkə də tezdir, çünki ƏS hələ formalaşmaqdadır. Buna baxmayaraq METRO stilinin istifadə olunacağı fikrimcə dəqiqdir. METRO Uİ Windows 98 -dən istifadə etdiyim standart START menyusunun əvəz etdiyindən öyrəşmək kifayət qədər çətin oldu. Buna görə internetdə rast gəldiyim  METRO stili əvəzinə standart başlanğıc menyusunun qaytarılması  yollarından birini yazmaq istəyirəm. Bəlkə lazım oldu.

Birinci üsul
Win+R düymələrini sıxıb, açılan pəncərədə regedit əmrini daxil edirsiniz. Əgər açılan pəncərənin nə olduğunu bilmirsinizsə ikinci üsula keçin. Bilirsinizsə aşağıda göstərilmiş keçid üzrə keçib RPEnabled açarının əmsalını 0 edin. Bundan sonra köhnə stildə menyudan istifadə edə bilərsiniz. Əgər geri qaytarmaq istəsəniz 0 əvəzinə 1 daxil edin.
HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Explorer


İkinci üsul 
Daha rahat və sadə üsul. Bunun üçün bura klikləməklə kiçik və 1 düymədən ibarət proqram yükləyirsiniz.Proqramın müəllifi qeyd edir ki, proqram ilk dəfə işə salındığı vaxt Net 3.5.1 tələb edə bilər. Bunun nə olduğu sizə maraqsızdırsa Windows özü bu faylı yükləyib sizin kompüterə quraşdıracaq və bu barədə sizə məlumat verəcək. Bundan sonra proqramı Administrator adından işə salıb METRO Uİ-ni söndürüb - yandıra bilərsiniz. 

Sonuncu zəlzələlər barədə məlumat xidməti

16.11.2011 tarixində Azərbaycanda 4.1 bal gücündə zəlzələnin olması barədə twitter-də @AngryBabayev adlı istifadəçinin tiwtlərindən birində dünya üzrə seysmik aktivlik barədə məlumat verən səhifəyə rast gəldim. Məncə dünyada baş verən zəlzələlərdən və Azərbaycan üçün verilən proqnozlardan sonra bu səhifə çoxlarınız üçün maraqlı ola bilər. Bu səhifədə dünyada baş verən sonuncu zəlzələlər, sizin yaxınlığınızda olan zəlzələlər, onların gücü və yeri barədə məlumar ala bilərsiniz. Fikrimcə lazımlı bir səhifədir ;)


12 November 2011

ZYXEL modeminin sazlanması - Yeni yama











Zyxel modeminin köhnə yaması barədə yazmışdım.  Həmin mövzudan modemə daxil olana qədər hissəsi eynən Zyxel modemlərinin yeni yamasında da edilməlidir. Buna görə sadəcə həmin hissəni bura köçürüb modemi sazlamağa davam edək. 



Provayderdən alacağımız məlumat (göstərilən məlumatlar yalnız standart qoşulmalar üçün nəzərdə tutulub,digər hallar üçün əlavə məlumat provayderlikdən alınacaq.):
Qoşulma növü - Static İP ilə və ya PPPoE 
VPİ/VCİ - adətən 0/35, 8/35, 1/32 (mənim rast gəldiklərim)
Əgər Qoşulmanız Static İP üzərindəndirsə İP ünvan və digər məlumatlar.
PPPoE qoşulması istifadə olunursa istifadəçi adı və şifrə. 
DNS ünvanlar. 


İlk növbədə modemi aşağıda göstərilmiş sxem üzrə qoşmaq lazımdır.


Kompüterimizin şəbəkə İP ünvanlarını dəqiqləşdirək və modemin standart İP-si üzərində sazlayaq. Bəzi hallarda buna ehtiyac duyulmur. Çünki bunları bizim əvəzimizə DHCP edir. Amma təcrübəmdən bilirəm ki, İP ünvanın bizim tərəfimizdən yazılması daha məqsədə uyğundur. 



İP ünvanı və digər sazlamaları etdikdən sonra modemə daxil olaq. İstənilən İnternet səyyahını açıb ünvan hissəsinə modemin ünvanını yazaq. Əgərə dəyişməmisinizsə Zyxel modemlərində bu 192.168.1.1 - dir. 

Ünvanı daxil edib Enter düyməsini vurduqda bizdən digər modemlərdən fərqli olaraq ancaq şifrə yazmaq  tələb olunur.  İlk dəfə sazlandıqda Zyxel modemlərində şifrə 1234 - dür. Şifrəni daxil etdikdə bizə mövcud şifrəni dəyişmək haqqında məlumat pəncərəsi gələcək.  Ümumiyyətlə əgər siz modemin şifrəsini unutmusunuzsa 1234 daxil etməklə yeni şifrə seçə bilərsiniz.


Şifrəni 1234-dən fərqli bir şifrə ilə əvəz edib hər iki xanaya daxil edin.  Yenidən şifrə pəncərəsi açıldıqda daxil etdiyiniz şifrəni yazın və modemə daxil olun. 

Şifrəni daxil etdikdən sonra açılan pəncərədə bizə modemi sazlamanın yolları təklif olunacaq. Siz ya modemin köməkçisi ilə, ya da özünüz seçdiyiniz qaydada modemi nizamlaya bilərsiniz. Mən Advanced seçərək, parametrləri özümü daxil etmək qərarına gəldim.


\

Şəkildəki kimi seçim edib Apply düyməsini sıxırıq. Bundan sonra modemin əsas məlumat səhifəsi açılacaq. Bu pəncərədə modemin hal - hazırki vəziyyəti, qoşulma sürəti, aldığımız İP ünvan və s. məlumatı ala bilərik. 

Modemi sazlamağa başlamaq üçün sol tərəfdəki menyudan Network və onun altmenyusu Wan seçirik. 

Açılan pəncərədə provayderdən aldığımız məlumatları daxil edirik. Bunlar adətən istifadəçi adı, şifrə, VPİ və VCİ olur. Bundan əlavə Zyxel modemlərində MTU 1500 göstərilmişdir. Bizim halda modemi Aztelekom üzərindən sazladığımıza görə MTU -nu dəyişib 1492 edirik. Bütün məlumatların düzgün daxil edilməsinə əmin olduqdan sonra səhifənin sonunda Apply düyməsini sıxın. Bununla siz daxil etdiyiniz məlumatları modemin yaddaşında saxlamış olursunuz.  Məlumatların yadda saxlanması barədə səhifənin aşağı hissəsində müvafiq mesaj alacaqsınız. Bizim halda bu Ready olacaq. 


Əgər hər bir şeyi düz etmisinizsə artıq internetdən istifadə edə bilərsiniz.