Səhifələr

Blogroll

01 August 2014

SQL SERVER - How to obtain administrative privileges in SQL SERVER

SQL Server 2005 versiyası qurulduğu zaman lokal administrator qrupu avtomatik olaraq sysadmin roluna əlavə edilirdi. SQL Server 2008 - dən başlayaraq qurulum zamanı əgər aşağıdakı şəkilgə göstərilmiş Add Current User düyməsi vurulmazsa və SA şifrəsi təyin edilməzsə yüklənmiş serverdə heç bir istifadəçinin admin yetkisi olmyacaq. Siz ancaq SQL serverin servislərini dayandırıb - işə sala biləcəksiniz.

local-admin-group




Bu halda aşağıdakı addımları etməklə lokal administrator yetkisi olan hər hansı istifadəçini SQL Server sysadmin roluna əlavə edə bilərsiniz.  Aşağıdakı şəkildə gördüyünüz kimi MSSQL istifadəçisinin MSSQLSUPPORT instance-na qoşulmaq üçün yetkisi yoxdur.

cannot-connect-sql




CMD (Command Line) proqramını Start menyusunda axtarıb, üzərində sağ klik edib Run as Administrator seçərək Administrator kimi açırıq.

run-cmd-as-administrator
SQL Server servisinin adını öyrənmək üçün Start menyusunda services yazıb göstərilən addımları edin.

services


sql-server-service-name
Service Name qarşısında qırmızı ilə işarələnən Sql Server service adıdır. Bu adı kopyalayın və ya yadda saxlayın. Növbəti addımda CMD-yə qayıdın və aşağıdakı şəkildəki komandaları ardıcıl RUN edin.

Bu komanda ilə SQL Server servisini stop edirik.

net stop [SQL Server service name]

Bu komanda ilə isə SINGLE USER modunda açırıq. Bu modda serverə yalnız bir qoşulma ola bilər.

net start [SQL Server service name] /m

stop-sql-server-service








Növbəti addımda aşağıdakı komandanı öz məlumatlarınızla dəyişərək CMD-də run edin.

osql -E -S .\InstanceName -Q "EXEC sp_addsrvrolemember 'Domain\User', 'sysadmin' "

add-user-sysadmin




Sonra isə SQL Server servisini söndürüb yenidən normal modda açarq.

Bu komanda ilə SQL Server servisini stop edirik.

net stop [SQL Server service name]

Bu komanda ilə isə normal modda açırıq.

net start [SQL Server service name]

start-sql-server-service
Bu əməliyyatlardan sonra SQL Serverə yuxarıda əlavə etdiyiniz lokal Administrator istifadəçisi ilə login ola bilərsiniz.


0 şərh.:

Post a Comment