Səhifələr

Blogroll

16 May 2014

SQL SERVER - SSMS vasitəsi ilə Audit konfiqurasiyası

MS SQL SERVER-də olan Database-lərə  müdaxiləni (İNSERT, UPDATE, DELETE, SELECT, EXECUTE və s. ) nəzarətdə saxlamaq üçün aşağıdakı addımları ardıcıl keçərək serverinizdə Audit aktiv edə bilərsiniz.

1. SQL SERVER-də Security bölməsinə keçin və Audit altbölməsinin üzərində sağ klikləyərək New Audit seçin.

audit-main

audit-newaudit

2. Açılan pəncərədə Audit adını, Auditin hara və necə yazılacağını (bizim halda local diskimizdə file-a yazacağıq), audit faylının yerləşdiyi qovluğu, faylların maksimum sayını (limit qoyulmazsa diski doldura bilər), faylın maksimum ölçüsünü (kiçik ölçülü faylları idarə etmək daha asandır) daxil edib OK düyməsini sıxın

audit-prop

3. Bundan sonra yaratdığınız Audit (www.mssqlsupport.net) üzərində sağ klik edib Enable seçin.

audit-enable

4. Növbəti addımda Audit etmək istədiyiniz Database seçib, Security alt bölməsindən Database Audit Specification üzərində sağ klik edib New Database Audit Specification  seçirik.

audit-spec

 

audit-new-spec

 

5. Açılan pəncərədə olan xanaları aşağıdakı şəkildəki kimi doldurun. Audit Action Type - Audit edəcəyimiz əməliyyatlar. Biz yalnız Delte, İnsert, Select və Update-ləri izləmək istəyirik. Object Class - DATABASE. Yalnız seçəcəyimiz database audit olunacaq. Object Name - Audit edəcəyimiz database adını seçin. Principal Name - public. Public daxil etdikdə bütün istifadəçilərdən gələn sorğular qeyd ediləcək. Məlumatlar daxil edildikdən sonra OK düyməsini sıxıb yadda saxlayın. Yaratdığımız Audit Specification-nu Enable edək. Audit hazırdır və işə düşdü.

audit-spec-add

audit-spec-enable

6. Yaratdığımız Auditi test etmək üçün yaratdığımız Test Datatabase üzərində select insert əməliyyatları edək və nəticəni aşağıdakı sorğu ilə yoxlayaq.

[code language="sql"]

SELECT event_time

,action_id,statement

,database_name

,server_principal_name

FROM fn_get_audit_file( 'D:\AUDIT\*.sqlaudit', default, default) order by event_time desc

[/code]

 

Database Administrator

Yusif Yusifov

14 May 2014

SQL SERVER - Database Mail konfiqurasiyası

Aşağıdakı addımları ardıcıllıqla edərək SSMS vasitəsi ilə SQL SERVER Database mail konfiqurasiyasını edə bilərsiniz.

1. Microsoft SQL Server Management Studio (SSMS) açıb Management bölməsinə keçin.

mail-manag

2. Açılan menyuda Database mail üzərində sağ klik edib aşağıdakı şəkildə göstərildiyi kimi Configure Database Mail seçin.

mail-config

3. İlk informativ pəncərədə next düyməsini basaraq növbəti pəncərəyə keçin. Əgər bu serverdə mail ilk dəfə konfiqurasiya olunursa ilk seçimi yəni Set up Database Mail by performing the following tasks seçin. Yox əgər bu serverdə mail daha əvvəl konfiqurasiya edilibsə ikinci seçimdən istifadə edib mövcud mail parametrləri üzərində dəyişiklik edin.

mail-wiz

4. Açılan pəncərədə Profil adını və bu profil haqqında məlumatı Description xanasına daxil edin. Add düyməsini ilə mail parametrlərini daxil edək. Bu konfiqurasiyada biz anonim autenfikasiyadan istifadə edəcəyik. Digər hallar üçün fərqli parametrlər daxil edilməlidir.

mail-prof

mail-params

5. Növbəti pəncərələrdə dəyişiklik etməyərək Next düyməsi ilə keçirik. Mail Profili yaradıldıqdan sonra test etmək üçün Management - Database Mail üzərində sağ klik edib Send Test Email seçirik. Test göndərmək istədiyimiz email ünvanı daxil edib Send Test E-mail düyməsini sıxırıq. Əgər email ünvanına çatdısa deməli SQL Server Database Mail konfiqurasiyası üğurla sonra çatdı.

mail-test mail-send-test

Yusif Yusifov

Database Administrator

 

13 May 2014

SQL SERVER Replication - Nonclustered index-lərin replication-a əlavə edilməsi.

SQL SERVER replication yeni quruluduqda nonclustered indexlər article listə əlavə edilmir. Əlavə etmək üçün aşağıda göstərilən əməliyyatları etmək lazımdır.

1. Hal - hazırda mövcud olan Publication üzərində sağ klik edib Properties pəncərəsini açırıq.

[caption id="attachment_161" align="aligncenter" width="295"]Replication Properties Replication Properties[/caption]

2. Açılmış pəncərədən Article bölməsinə keçirik.

rep-article

3. Pəncərənin sağ tərəfində bizə iki seçim verən Article Properties menyusundan Set Properties of Highlighted Table Article və ya Set Properties of All Table Articles seçirik. Birinci seçimdə Article siyahısında olan hər-hansı bir table və ya table-lar üçün dəyişiklik edə bilərik. İkinci seçimdə isə yəni Set Properties of All Table Articles seçimində Article siyahısında olan bütün obyektlərə dəyişiklik etmiş oluruq.

rep-article2

4. Yuxarıda göstərilənlərdən birini seçdikdən sonra aşağıdakı parametr pəncərəsi açılır. Bu pəncərədə Replicationa Nonclustered index, Foreign key constraints, Check constraints  və s. əlavə etmək olar.

rep-article3

 

Dəyişikliklər edildikdən sonra yenidən Snapshot çıxardıb replication-a əlavə edilən məlumatları yeniləyin.

 

Yusif Yusifov


Database Administrator