Səhifələr

Blogroll

02 November 2011

Excel - Formulalar - SUMİF formulası



Windows istifadəçilərinin əksəriyyətinin Microsoft-un Office paketindən istifadə etdiyini desəm yanılmaram. Office paketinin belə populyarlığına baxmayaraq biz onun üstünlüklərinin çox az hissəsindən istifadə edirik. Amma bu proqramlarla daha yaxından tanış olduqda işinizi nə qədər sürətləndirə biləcəyinizi anlayacaqsınız.
Bu dəfə sizə Excel formulalarından biri olan SUMİF (СУММЕСЛИ) barədə məlumat verəcəm. Formulanın adından görsəndiyi kimi əgər xanalardakı məlumat sizin verdiyiniz kriteriyaya uyğundursa formula həmin xanalardakı məlumatları toplayacaq. Daha aydın başa düşmək üçün, funksiyanın istifadəsini bir neçə misal üzərində göstərəcəm.
İlk növbədə rəqəmlərdən ibarət kiçik cədvəl düzəldin.
Hesablamamızın nəticəsinin yerləşəcəyi xananı işarə edib menyudan Formula seçin və Matematik formulalar siyahısından bizim SUMİF formulasın axtarıb tapın.

Açılan pəncərədə biz daxil etməli olduğumuz 3 xana görürük. Diapazon hissəsində əməliyyat aparılacaq xanaları göstəririk. Bunun üçün bərabərlik işarəsinin sol tərəfindəki düyməni klikləyib xanaları seçirik.

Geri qayıtmaq üçün yenidən həmin düyməni klikləyin. İkinci xanda hesablama kriteriyamızı daxil edək. Mən cədvəlimdəki müsbət rəqəmlərin bir xanda mənfi rəqəmlərin isə başqa xanada toplanmasını  istəyirəm. Bunun üçün kriteriya xanasına müsbət rəqəmlər üçün  ">0" yazacam. Bununla mən formulaya göstərirəm ki, verdiyim xanalar diapazonundan sıfırdan böyük olan rəqəmləri seçib toplasın. Eyni formulanı başqa xanada kriteriyanı "<0" dəyişməklə yazsaq ancaq mənfi rəqəmlər toplanacaq.
Hesablamanı təkcə rəqəmlərə görə yox, həmçinin digər kriteriyalara görə də aparmaq olar. 


0 şərh.:

Post a Comment