Səhifələr

Blogroll

Showing posts with label gmail. Show all posts
Showing posts with label gmail. Show all posts

01 October 2011

Eyni anda bir neçə Google hesabından necə istifadə etmək olar?


Əminəm ki,  Gmail istifadə edən əksər istifadəçilərin bir neçə hesabı var. Mənim də həmçinin. Google üçün fərqi yoxdur, amma bir hesabdan digərinə keçid kifayət qədər çox vaxt aparır və yorucudur. Əlbəttə bir neçə internet bələdçisindən istifadə etməklə bunu həll etmək olar. Amma məncə tək bir e-poçt üçün kompüter resurslarını qurban vermək düzgün olmazdı. Bunu nəzərə alaraq Google istifadəçilər üçün eyni anda bir neçə hesabdan istifadə etmək imkanı yaratdı. Bu funksiyadan istifadə etməklə 10 hesaba qədər eyni anda və ən əsası eyni internet bələdçidə açmaq olar. Aktiv etmək üçün aşağıda göstərilən addımları ardıcıllıqla etmək lazımdır.


  1. Funksiyanı aktivetmə səhifəsinə keçin - Səhifə burada
  2. Ən çox istifadə etdiyiniz Google hesabınızın istifadəçi adı və şifrəsi ilə daxil olun
  3. Yuxarıdakı şəkildə göstərilmiş kimi bütün seçimlərə razılıq bildirib yadda saxla düyməsini klikləyin
  4. Yadda saxlayın ki, bu əməliyyatları hər bir Google hesabı üçün etmək lazımdır. 
Bütün bunlar hər bir hesabınızda edildikdən sonra hər hansı hesabınıza daxil olun və yuxarı sağ tərəfdə sizin adınız və ya e-poçtunuz yazılmış keçidə vurduqda yeni yaranmış Switch account düyməsini görəcəksiniz. Onu klikləməklə siz eyni bələdçidə ikinci, üçüncü və s. hesablarınızı aça bilərsiniz. 


07 September 2011

Gmail istifadə edənlər üçün lazımlı qısayollar.

İnternet dedikdə demək olar ki, hər kəsin ağlına ilk növbədə Google gəlir. Google özünü demək olar ki, bütün sahələrə tətbiq edir. Amma məncə onun ən əsas xidməti Gmail-dir. Özünün 7 GB-lıq həcmi, mükkəmməl Spam detektoru, yazışma sistemi (Gtalk), axtarışı, onlarla əlavə xüsusiyyətləri və ən əsas stabilliyi ilə çox böyük auditoriya toplayıb. 7-8 il istifadə etməyimə baxmayaraq hər dəfə bu e-mail xidməti barədə maraqlı nəsə öyrənirəm.

Bu dəfə Gmail-də istifadə olunan qısayollar barədə məlumat vermək istəyirəm. Onlar kifayət qədər çox olduğundan ancaq əsas istifadə olunanlar barədə yazacam. Qısayolları aktiv etmək üçün ekranın sağ yuxarı küncündəki şarəni seçib Mail Settings menyusuna keçin.
Açılmış pəncərədə Keyboard Shortcuts On seçin və səhifənin aşağısında Yadda saxla düyməsini sıxın.

Qısayollar aktiv olundu. Artıq istifadə edə bilərsiniz.

  • c: Yeni məktub yaradır. Shift +c yeni məktubu təzə səhifədə yaradır. 
  • Tab+Enter: Məktubu göndərir.
  • k: Ən yeni məktuba keçid
  • j: Növbəti ən köhnə məktuba keçid
  • n: Növbəti məkətuba keçid
  • o və ya Enter: Məktubu açır
  • x: Aktiv olan məktubu seçir
  • e: Seçilmiş məktubu arxivləşdirir 
  • !: Aktiv məktubu Spam kimi qeyd edir
  • r: Cavabla
  • #: Silmək
  • a: Bütün ünvanlara cavabla
  • f: Başqasına göndərmək
  • g sonra i: Gələn məktublara keçir
  • g sonra a: Bütün məktublara keçir
  • g sonra t: Göndərilmiş məktublara keçir
  • Shift+i: Oxunmuş kimi qeyd et
  • Shift+u: Oxunmamış kimi qeyd et
  • g sonra k: Tapşırıqları açır və kursoru ora yönəldir
  • /: Axtarış sahəsinə keçid