Səhifələr

Blogroll

20 November 2011

F5Plus - Photoshopda qatlanmış künc effekti - CS2

Bu dərs sizə bir neçə çox asand addımdan sonra şəkil küncünün əyilməsi effektini necə etməyi öyrədəcək. İstifadə edəcəyimiz əsas element Warp komandası olacaq. İlk dəfə istifadə edənlər üçün çox maraqlı olacaq. Qeyd edim ki, Warp komandası yalnız Photoshope CS2 – dən başlayaraq transformasiya menyusuna əlavə edilib. Köhnə versiya Photoshop istifadə edənlər du dərsdən yan keçsinlər.
Başlayaq. Effekt tətbiq ediləcək şəkli açın. 


Əgər bizim Layers (Qatlar) panelinə baxsaq açdığımız şəklin sağ tərəfində kiçik qıfıl işarəsini görərik. Bu o deməkdir ki, bu qat üzərində edəcəyimiz əməliyyatlar məhdud saydadır. 


Bu isə bizi qane etmir. Bunu düzəltmək üçün qıfılın üzərində cütklik edin. Artıq hər şey bizim istədiyimiz kimidir və işə başlaya bilərik. 


Alətlər panelindən Rectangular Marquee Tool alətini tapıb seçirik. 


Bu alətdən istifadə edərək şəklin əymək istədiyimiz küncühdə düzbucaqlı sahə seçirik. 


Alətlər panelindən Gradient Tool alətini tapıb Ağ – Qara rəngli qradienti düzbucaqlının sağ yuxarı küncündən sol aşağı küncünə tətbiq edirik. Nəticə belə olmalıdır. 



Alındı? Alındısa davam edək. Ctrl+D düymələrini sıxaraq seçilmiş sahəni ləğv edək. Ctrl+T düymələri ilə transformasiya rejiminə keçək. Açılan menyudan Warp əmrini seçək. 



Gördüyünüz kimi şəklimiz düzbucaqlılara bölündü və bizim Gradient tətbiq etdiyimiz sahə də onlardan birinin daxilindədir. Şəklin kənarlarında kiçik kvadratlar dayaq nöqtələridir. Gəlin sol aşağı küncdə olan dayaq nöqtəsini şəklin ortası istiqamətində dartıb nəticəyə baxaq. 


Əgər hər şey əladırsa Enter düyməsini sıxaraq davam edək. Küncü qatladıq. Gəlin effektimizə bir az da reallıq əlavə edək. Bunun üçün Ctrl+Shift+N düymələrini sıxaraq Yeni qat yaradaq. Yeni qat avtomatik olaraq bizim əsas qatdan yuxarıda yaranır. Bu isə bizi qane etmir. Mausun sol düyməsini Yeni qatın üzərində sıxıb əsas qatdan aşağı atırıq. 


Yeni qatı aktiv edərək ağ rəngə boyayırıq. Sonra isə yenidən Esas qatı aktiv edərək Layer – Layer Stayle – Drop Shadow menyusuna daxil oluruq. Aşağıdakı parametrləri daxil edərək belə bir nəticə alırıq. 



Məndə belə alındı, bəs sizdə necə?


0 şərh.:

Post a Comment