Səhifələr

Blogroll

12 November 2011

ZYXEL modeminin sazlanması - Yeni yama











Zyxel modeminin köhnə yaması barədə yazmışdım.  Həmin mövzudan modemə daxil olana qədər hissəsi eynən Zyxel modemlərinin yeni yamasında da edilməlidir. Buna görə sadəcə həmin hissəni bura köçürüb modemi sazlamağa davam edək. 



Provayderdən alacağımız məlumat (göstərilən məlumatlar yalnız standart qoşulmalar üçün nəzərdə tutulub,digər hallar üçün əlavə məlumat provayderlikdən alınacaq.):
Qoşulma növü - Static İP ilə və ya PPPoE 
VPİ/VCİ - adətən 0/35, 8/35, 1/32 (mənim rast gəldiklərim)
Əgər Qoşulmanız Static İP üzərindəndirsə İP ünvan və digər məlumatlar.
PPPoE qoşulması istifadə olunursa istifadəçi adı və şifrə. 
DNS ünvanlar. 


İlk növbədə modemi aşağıda göstərilmiş sxem üzrə qoşmaq lazımdır.


Kompüterimizin şəbəkə İP ünvanlarını dəqiqləşdirək və modemin standart İP-si üzərində sazlayaq. Bəzi hallarda buna ehtiyac duyulmur. Çünki bunları bizim əvəzimizə DHCP edir. Amma təcrübəmdən bilirəm ki, İP ünvanın bizim tərəfimizdən yazılması daha məqsədə uyğundur. 



İP ünvanı və digər sazlamaları etdikdən sonra modemə daxil olaq. İstənilən İnternet səyyahını açıb ünvan hissəsinə modemin ünvanını yazaq. Əgərə dəyişməmisinizsə Zyxel modemlərində bu 192.168.1.1 - dir. 

Ünvanı daxil edib Enter düyməsini vurduqda bizdən digər modemlərdən fərqli olaraq ancaq şifrə yazmaq  tələb olunur.  İlk dəfə sazlandıqda Zyxel modemlərində şifrə 1234 - dür. Şifrəni daxil etdikdə bizə mövcud şifrəni dəyişmək haqqında məlumat pəncərəsi gələcək.  Ümumiyyətlə əgər siz modemin şifrəsini unutmusunuzsa 1234 daxil etməklə yeni şifrə seçə bilərsiniz.


Şifrəni 1234-dən fərqli bir şifrə ilə əvəz edib hər iki xanaya daxil edin.  Yenidən şifrə pəncərəsi açıldıqda daxil etdiyiniz şifrəni yazın və modemə daxil olun. 

Şifrəni daxil etdikdən sonra açılan pəncərədə bizə modemi sazlamanın yolları təklif olunacaq. Siz ya modemin köməkçisi ilə, ya da özünüz seçdiyiniz qaydada modemi nizamlaya bilərsiniz. Mən Advanced seçərək, parametrləri özümü daxil etmək qərarına gəldim.


\

Şəkildəki kimi seçim edib Apply düyməsini sıxırıq. Bundan sonra modemin əsas məlumat səhifəsi açılacaq. Bu pəncərədə modemin hal - hazırki vəziyyəti, qoşulma sürəti, aldığımız İP ünvan və s. məlumatı ala bilərik. 

Modemi sazlamağa başlamaq üçün sol tərəfdəki menyudan Network və onun altmenyusu Wan seçirik. 

Açılan pəncərədə provayderdən aldığımız məlumatları daxil edirik. Bunlar adətən istifadəçi adı, şifrə, VPİ və VCİ olur. Bundan əlavə Zyxel modemlərində MTU 1500 göstərilmişdir. Bizim halda modemi Aztelekom üzərindən sazladığımıza görə MTU -nu dəyişib 1492 edirik. Bütün məlumatların düzgün daxil edilməsinə əmin olduqdan sonra səhifənin sonunda Apply düyməsini sıxın. Bununla siz daxil etdiyiniz məlumatları modemin yaddaşında saxlamış olursunuz.  Məlumatların yadda saxlanması barədə səhifənin aşağı hissəsində müvafiq mesaj alacaqsınız. Bizim halda bu Ready olacaq. 


Əgər hər bir şeyi düz etmisinizsə artıq internetdən istifadə edə bilərsiniz. 


3 şərh.:

This comment has been removed by a blog administrator.
This comment has been removed by a blog administrator.
This comment has been removed by a blog administrator.

Post a Comment