Səhifələr

Blogroll

16 November 2011

Windows 8 - METRO stilini söndürmək üsulu


Windows 8 Developer Preview ümumi istifadə üçün təqdim olunduqdan sonra internetdə bu ƏS barədə kifayət qədər məlumat dolaşmağa başladı. Bəziləri Windows 8- in üstünlükləri, bəziləri isə mənfi tərəfləri barədə yazır. Amma ən əsas mövzu fikrimcə tətbiq olunmuş yeni METRO Uİ oldu. Çünki 8 - ci Windows 7 - cidən ilk baxışdan ancaq Metro stilli başlanğıc (START) menyusu ilə fərqlənir. Bu barədə demək bəlkə də tezdir, çünki ƏS hələ formalaşmaqdadır. Buna baxmayaraq METRO stilinin istifadə olunacağı fikrimcə dəqiqdir. METRO Uİ Windows 98 -dən istifadə etdiyim standart START menyusunun əvəz etdiyindən öyrəşmək kifayət qədər çətin oldu. Buna görə internetdə rast gəldiyim  METRO stili əvəzinə standart başlanğıc menyusunun qaytarılması  yollarından birini yazmaq istəyirəm. Bəlkə lazım oldu.

Birinci üsul
Win+R düymələrini sıxıb, açılan pəncərədə regedit əmrini daxil edirsiniz. Əgər açılan pəncərənin nə olduğunu bilmirsinizsə ikinci üsula keçin. Bilirsinizsə aşağıda göstərilmiş keçid üzrə keçib RPEnabled açarının əmsalını 0 edin. Bundan sonra köhnə stildə menyudan istifadə edə bilərsiniz. Əgər geri qaytarmaq istəsəniz 0 əvəzinə 1 daxil edin.
HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Explorer


İkinci üsul 
Daha rahat və sadə üsul. Bunun üçün bura klikləməklə kiçik və 1 düymədən ibarət proqram yükləyirsiniz.Proqramın müəllifi qeyd edir ki, proqram ilk dəfə işə salındığı vaxt Net 3.5.1 tələb edə bilər. Bunun nə olduğu sizə maraqsızdırsa Windows özü bu faylı yükləyib sizin kompüterə quraşdıracaq və bu barədə sizə məlumat verəcək. Bundan sonra proqramı Administrator adından işə salıb METRO Uİ-ni söndürüb - yandıra bilərsiniz. 

0 şərh.:

Post a Comment