Səhifələr

Blogroll

21 November 2011

Soyuducudakı xoşagəlməz iydən azad olaq

Bəzən soyuducunu açdıqda ordan gələn qoxu soyuducudakıları yeməkdən vaz keçməyimizə səbəb olur. Soyuducuda pis qoxu adətən ondan az istifadə olunduqda yaranır. Çünki soyuducunun qapısı açılmırsa bu o deməkdir ki, hava sirkulyasiyası yoxdur. İkinci səbəb isə itmiş və xarab olmuş məhsullar ola bilər. Soyuducudakı qoxu çox tünd və hopucu olur. Ondan canınızı qurtarmaq elə də asan deyil. İyi itirmək barədə bir neçə üsulu diqqətinizə çatdırmaq istəyirəm.

 1 - ci üsul:
Soyuducunu söndürüb, içindəkiləri boşaldın. Bundan sonra sabunlu suda isladılmış əski ilə soyuducunun içini silin. Mümkün qədər bütün görünən yerləri silmək lazımdır. Sildikdən sonra sönülü şəkildə qapısını açıq qoyub bütün gecəni saxlamaq lazımdır. Bu soyuducunun havalanmasına və iyin itməsinə kömək edəcək. Bundan sonra soyuducunu qoşub içini yenidən doldurmaq olar.

2 - ci üsul:
1 stəkan su götürün, içinə 2 çay qaşığı limon turşusu qatın. Əgər limon turşusu yoxdursa təzə limonun sıxıb suyundan istifadə edə bilərsiniz. Yaranan məhlulda salfeti isladıb soyuducuda yerləşdirin. Amma bunu etməzdən əvvəl soyuducunun içində olan xarab məhsulları çıxarmaq və təmizləmək lazımdır. Bir sutka ərzində salfet soyuducudakı pis qoxunu özünə hopduracaq. Əgər qoxu çox tünddürsə bir neçə salfet qoya bilərsiniz.

3 - cü üsul:
Bu üsuldan profilaktika kimi də istifadə edə bilərsiniz. Soyuducunun qapısında açıq soda qutusu saxlamaqla pis qoxunun yaranmasının qarşısını almaq olar. Bu qutunu soyuducuda müntəzəm dəyişməklə daim saxlamaq olar.

4 - cü üsul:
Bu üsuldan qoxu çox tünd olduqda istifadə edə bilərsiniz. Bunun üçün sizə 100 qr toz şəklində olan aktivləşdirilmiş kömür lazım olacaq. Zoumaqazinlərdən ala bilərsiniz. Kömür soyuducudakı məhsullara ziyan verməyəcək və qoxunu çox effektiv götürəcək. 

0 şərh.:

Post a Comment