Səhifələr

Blogroll

04 September 2011

Photoshop-da əməliyyatları avtomatikləşdirək - Actions

Şəkillərlə işləyən hər bir kəs üçün Photoshop əvəz olunmaz alətdir. Lakin əksər istifadəçilər Photoshop-dan tək bir şəkil üzərində işləmək üçün istifadə edirlər. Amma Actions-lardan istifadə etməklə biz bir qrup şəkil üzərində əvvəlcədən hazırladığımız əməliyyatları edə bilərik.


Ən sadə əməliyyat kimi şəkillərin ölçülərini dəyişəcək bir Action yaradaq. Bunun üçün ilk növbədə Photoshop-da Actions bölməsini önə gətirin.



Dəyişiklik edəcəyimiz şəkli açırıq. Şəkildə göstərilən düyməni sıxaraq yeni Action yaradırıq. Unutmayın ki, Action yaradıldığı andan etibarən etdiyiniz hər bir hərəkəti siz onu dayandıranadək yazmağa başlayacaq. Şəklin ölçüsünü dəyişmək üçün İmage menyusundan İmage Size seçək və şəklin ölçüsündə müəyyən dəyişiklik edək. Şəkli bağlayaq və yadda saxlayaq. Hər şeyi bitirdikdən sonra şəkildə göstərilən STOP Recording düyməsini sıxın. Mənim Resize adlı Action-um aşağıdakı kimi görsənir.

Action hazırdır. Üzərində dəyişiklik etmək istədiyimiz bütün şəkilləri eyni qovluğa yığırıq. Çalışın dəyişiklik edəcəyiniz şəkillərin nüsxəsini saxlayın.  Action tətbiq etmək üçün File -- Automate -- Batch seçirik. Açılan pəncərədə yaratdığımız Action seçirik və qovluğumuzu ona göstəririk.


Ok düyməsini vurduqda şəkillərin ardıcıl açılaraq ölçülərinin dəyişməsini və bağlanaraq yadda saxlanmağını görəcəksiniz. Bu Action istifadəsinin sadə bir nümunəsi idi. 

0 şərh.:

Post a Comment