Səhifələr

Blogroll

04 September 2011

*.bat fayllar və ya unudulmuş COMMAND line

Son zamanlar kompüterlərin və əməliyyat sistemlərinin inkişafı ilə əlaqədar olaraq demək olar ki, unudulmuş Command line bəzən bizim işimizə çox yaraya bilər. Əlbəttə komandaları bir-bir daxil etmək istifadə üçün üzücü və maraqsızdır. Amma bu komandaları bir dəfə BAT fayl formasında yazıb öz şəxsi arxivinizdə saxlasanız gələcəkdə çox işinizə yaraya bilər.

Command line-nın kifayət qədər geniş imkanları vardır.  Bir xəbərdə bütün bu imkanlardan danışa bilməyəcəyimiz üçün çalışacam gündəlik istifadə edə biləcəyiniz bəzi komandaları açıqlayıb göstərim. Bu imkanlar əlbəttə ki, Windows funksionallığını əvəz edə bilməz. Amma bugünkü mövzumuz windows yox Command line-dır.

Qarışıq fayllar arasında məhz sizə lazım olan fayl tiplərini seçmək


İlk növbədə BAT fayl yaradaq. Bunun üçün istədiyiniz yerdə adi TXT fayl yaradın.

Yaratdığımızı açaq və scripti yazaq. Ardıcıllıq belə olacaq.
  1. Yeni qovluq yarat
  2. Seçdiyimiz fayl tiplərini seç
  3. Seçilmiş faylları yaradılmış qovluğa göndər və ya kopyala
Yeni qovluq yaratmaq üçün MKDİR və ya MD əmrlərindən istifadə olunur.

 mkdir photo
və ya 
md photo 

ardınca hansı əməliyyatı edəcəyimizə qərar verib MOVE ( faylların nüsxəsini saxlamadan seçdiyiniz qovluğa ötürür) və ya COPY (nüsxəsini saxlamaqla)  əmrlərini seçirik.

move *.jpg photo
və ya 
copy *.jpg photo 
Bu əmrin açıqlaması belədir "adını hər nə olursa olsun amma fayl tipi jpg olan bütü faylları photo qovluğuna köçür". Burda nəzərə alınmalıdır ki, photo qovluğu köçürülməli olan fayllarla eyni direktoriyada olmalıdır. Əks təqdirdə köçürüləcək qovluğun tam ünvanı yazılmalıdır. Misal üçün mən kompüteri format etdikdən sonra yazılacaq fontlar üçün bu formatda BAT fayl hazırlamışam.

copy *.* C:\Windows\Fonts 
Bu BAT fayl göründüyü kimi yerləşdiyi qovluqda olan bütün faylları Windows qovluğundakı Fonts qovluğuna köçürür və bu zaman mənə heç bir sual vermir. Əgər qovluqda eyni şrift varsa sadəcə onun üstündən keçir.

Bizim yazdığımız BAT faylın tam formatı isə belə olacaq. Daha da genişləndirək.
mkdir photo
move *.jpg photo
mkdir mp3
move *.mp3 mp3
del *.torrent


Ardında başa düşdüyünüz kimi şəkilləri ayırdıqdan sonra eyni qaydada mp3 faylları da ayırırıq və bütün torrent faylları silirik. Script yazdıqdan sonra Notepad-da Fayl menyusunda Save as seçirik və şəkildə göstərilmiş parametrlər üzrə yadda saxlayırıq.


Növbəti xəbərlərdə COMMAND line üzərindən digər əməliyyatlar barədə də məlumat verəcəm.

0 şərh.:

Post a Comment