Səhifələr

Blogroll

24 July 2014

SQL SERVER - Upgrade SQL Server 2012 SP1 to SP2

SQL Server 2012 üçün SP2 yeniləmə paketinin çıxması barədə məlumat vermişdik. Aşağıda isə bu yeniləmə paketinin qurulması addımları ilə tanış ola bilərsiniz.

1. İşə başlamazdan öncə hal - hazırda serverinizdə olan versiyanı aşağıdakı komanda ilə yoxlayın.


[code language="sql"] SELECT @@VERSION [/code]


SQL Server versiyanız aşağıdakı kimi olmalıdır.

18

 

2. Yeniləmə işinə başlamazdan qabaq mütləq bütün bazalarınızdan backup alın.

3. SQL Server Configuration Manager ilə SQl Server servisini və digər işlək servisləri dayandırın. Servisi dayandırmaq üçün üzərində iki klik edib açılan pəncərədə STOP düyməsini vurun.

1

 

2

 

 

34. Yuxarıda göstərilmiş mövzuda verilən keçiddən SP2 paketini kompüterinizə yükləyin və üzərində iki klik edərək işə salın.

4

55. İlk açılışda Operativ sistem uyğunluğu yoxlanacaq. Əgər hər şey qaydasındadırsa davam edə bilərisiniz. Problem varsa həll etmək lazım gələcək.

677. Lisenziya razılaşmasını qəbul edərək Next düyməsini vurun.

8


8. Növbəti pəncərədə Serverinizdə olan İnstance-lar görsənəc. Bu pəncərədə yeniləmək istədiklərinizi seçib Next deyərək növbəti pəncərəyə keçin.


99. Bu pəncərədə SQL serverin hal-hazırda istifadədə olan komponentləri yoxlanılır. Yeniləmə zamanı SQL serverə aid heç bir proqram işlək halda olmalı deyil.


10Bizim serverdə şəkildə gördüyünüz proseslə bağlı məlumat alırıq. Bu məlumatın qabağını almaq üçün WMI (Windows Management Instrumentation) servisini dayandıraraq davam etmək olar.


1110. Növbəti pəncərədə yeniləmənin hazır olduğu bildirilir. Başlamaq üçün Update düyməsini vurun.


1311. Yeniləmə işə düşür. Proses Server resurslarından və database sayından asılı olaraq 10-30 dəq. zaman ala bilər.


14


1512. Əgər bütün proseslər normal  bitdisə aşağıdakı kimi məlumat alacaqsınız. Close düyməsini vuraraq pəncərəni bağlayıb əminlik üçün Operativ Sistemə restart verin.


1613. Operativ sistem açıldıqdan sonra SQL servislərini yoxlayaraq işlək olduğundan əmin olun. SSMS - lə serverə bağlanaraq Managament bölməsində olan Sql Server logs - da hər hansı səhv olmadığından əmin olun. Problem yoxdursa server SQL Server 2012 SP2 - yə qədər yenilənmiş oldu. Aşağıdakı sorğu ilə yenidən server versiyasını yoxlayaraq əmin ola bilərsiniz.




[code language="sql"] SELECT @@VERSION [/code]

SQL Server versiyanız aşağıdakı kimi olmalıdır.

19Database Administrator

Yusif Yusifov

 








 

 

 

 

 

0 şərh.:

Post a Comment