Səhifələr

Blogroll

15 August 2014

SQL SERVER - HOW TO CREATE LINKED SERVER

Bəzən elə hallar yaranır ki, yazılmış proqramın tələblərinə əsasən məlumatları bir neçə serverdən almaq lazım gəlir. Bu database-lər müxtəlif fiziki serverlərdə və ya eyni fiziki serverə yüklənmiş müxtəlif SQL instance - lar da ola bilər. Bu halda SQL Server - də Linked Server - dən istifadə etmək olar. Linked server quraşdırmanın iki üsulu var. Birinci üsulda Linked Server adı kimi SQL Server - in real adını yazmalı olursunuz. Bu proqramçı üçün o qədər də əlverişli deyildir. Çünki əgər Linked Server adı dəyişərsə proqramçı da həmçinin öz kodunda eyni dəyişikliyi etməlidir. Digər üsulda isə Linked Server üçün istədiyiniz adı seçirsiniz və əgər Linked Server adı dəyişərsə yalnız Linked Server - in parametrləri dəyişəcək.

Bizim Test serverimizə iki SQL Server instance yüklənib. MSSQL-PC\MSSQLSUPPORT və MSSQL-PC\MSSQL2. Yaratdığımız Linked server bu iki İnstance arasında olacaq.

linked-servers

Linked Server əlavə etmək üçün SSMS (SQL Server Management Studio) Object Explorer - də Server Objects altında Linked Servers üzərində sağ klik edib New Linked Server deyin.

new-linked-serversAşağıda gördüyünüz pəncərə açılacaq.

new-linked-server-windows

 

 

Bu pəncərədə Liked Server xanasında yaradacağınız Linked Server-ə vermək istədiyiniz adı yazın. Other Data source seçin. Provider bölməsində Microsoft OLE DB Provider for SQL Server. Product Name hissəsində SQLSERVER olduğu kimi boşluq buraxmadan yazın. Data Source hissəsində isə bağlanmaq istədiyiniz SQL Server Host adı\SQL Server instance adı.

new-linked-detailsSecurity bölməsinə keçin və Be made using this security context bölməsində bağlandığınız serverdə mövcud olan SQL Login məlumatlarını daxil edin. Linked Serverlə edəcəyiniz əməliyyatlar bu loginin yetkilərindən asılı olacaq.

linked-server-securityServer Options bölməsinə keçsəniz Linked Server-lə bağlı müxtəlif parametrləri düzənləyə bilərsiniz. Bizim nümunədə yazlnız RPC Out parametrini True edəcəyik. Bununla da bağlantı qurduğumuz serverdə Stored Procedure execute etmək imkanı əldə edirik.

linked-server-options-rpcoutOK düyməsinə vurduqdan sonra Linked Server yaradılmış oldu. Yoxlamaq üçün sadəcə olara aşağıdakı sorğunu özünüzə uyğun dəyişib işə salın.

new-linked-server-created

 


[code language="sql"]SELECT * FROM [NEWLINKED].[AdventureWorks2012].[Person].[EmailAddress] [/code]


Sorğudan gördüyünüz kimi FROM sözündən sonra Lİnked Server adı-Linked Serverdə olan baza adı-Schema adı-Table adı formatından istifadə edilir.

 

Database Administrator

Yusif Yusifov

 

 

 

 

 

 

 

2 şərh.:

Salam, Biz Tələbə Təhsil şəbəkəsi yaratmışıq. Asen.az saytıdır. Sizin belə təmannasız informasiya paylaşmaığınız bizi sizə yazmaqa vadar etdi. yazmaqda məqsədimiz sizin paylaşımlarınızı öz saytımızda istərsəniz sizin adınızsan istersenin sayt adindan paylaşmaqdır. Saytımızın məqsədi tələbələr(öyrənmək, öyrətmək isteyen hər kəs) üçün istenilən dildə və formada məlumat(muhazirə materilları, kitablar, video dərsliklər, mp3, və digər formada resusrlar.) toplayıb istifadəçilərə tədqdim etməkdir. Saytımızda status alaraq bu işdə bizə kömək etmək isteyeceyinizə ümid edirik.

Dərviş bəy salam. Məlumatlardan blog-a istinad etmək şərti ilə istifadə edə bilərsiniz.

Post a Comment