Səhifələr

Blogroll

02 September 2011

Google Chrome internet səyyahını yaxından tanıyaq

Google Chrome digər səyyahlara nisbətən daha gənc olsa da rəqabət aparma qabiliyyətinə görə digərlərindən geri qalmır, bəlkə də üstələyir. Çünki, son zamanlar yenilənən Opera, İE və FireFox-da Chrome izləri açıq-aydın görsənir. Bu xəbərin ardında Chrome internet səyyahından daha effektiv istifadə üçün bəzi məsləhətlər olacaq. Ardını oxuyun, bəlkə lazım oldu.


Bir neçə ana səhifə əlavə edilməsi 

Əgər siz hər dəfə Chrome-u açdıqdan sonra eyni səhifələri (Misal üçün gündəlik xəbərlər) açırsınızsa, niyə bunu Chrome avtomatik etməsin. Bunun üçün bir neçə ana səhifə əlavə etdikdə Chrome açılarkən 1 səhifə yox, daxil etdiyiniz bütün səhifələr açılacaq. Nəzərə alın ki, əgər səhifə sayı həddindən artıq çox olarsa səhifələrin açılma sürəti aşağı düşəcək. Səhifələri əlavə etmək üçün sağ tərəfdə yerləşən açar içarəsini seçirsiniz və Options menyusuna daxil olursunuz. Menyunun Basics hissəsində şəkildə görsəndiyi kimi səhifələri əlavə edirsiniz.


Kalkulyatorsuz riyazi hesablamalar aparın


Əgər Chrome-un adress hissəsinə hər hansı riyazi əməli daxil etsəniz ENTER basmadan belə nəticəni görəcəksiniz. Çoxlarına bu lazımsız bir funksiya kimi gəlsə də, bəzən çox işə yarayır.

Açdığınız səhifələri nəzarərdə saxlayın


Əgər hansısa səhifənin kompyuterin resurslarını "yediyini" hiss edirsinizsə Shift+Esc düymələrini sıxmaqla Chrome-da quraşdırılmış Task Manager-i çağıraraq görə bilərsiniz. "Oğru" səhifəni tapdıqdan sonra sadəcə olaraq onu işarə edib End process düyməsini sıxın.

Chrome-un müxtəlif versiyalarını test edin 

Chrome kifayət qədər tez-tez yenilənir. Əgər bu yeniləmələri digər istifadəçilərdən tez görmək istəyirsinizsə bu zaman Chrome-un Beta və ya Dev kanallarına qoşula bilərsiniz. Amma bunların hər ikisi sizin hal hazırda istifadə etdiyiniz stabil versiyanın əvəzinə yüklənəcək. Çıxış yolu kimi Chrome Canary versiyasından istifadə etmək olar. Bu versiya sizin stabil Chrome-dan əlavə yüklənir.
Səhifənin dərinliklərindən bir klikə çıxın


Bir səhifənin keçidləri arasında çoxlu hərəkət etdikdə sonda sizə lazım olan səhifəyə qayıtmaq üçün çoxlu sayda geriyə düyməsini sıxmalı olursunuz. Chrome-da bunun çox rahat çıxış yolur var. Geriyə və ya irəli düyməsini sıxıb saxladıqda keçdiyiniz bütün keçidlərin siyahısı açılır. Sizə lazım ola keçidi seçib birbaşa həmin səhifəni aça bilərsiniz.

Tabların bərkidilməsi


İnternetdən aktiv istifadə edənlərin əsas problemi internet səyyahında bütün tabların yerləşməməsidir. Chrome bunun üçün tabları faviconları üzərindən bərkitməyi təklif edir. Bu zaman kifayət qədər yer boşalır və  naviqasiya rahatlaşır. Tabı bərkitmək üçün sadəcə olaraq tab üzərində sağ düyməni sıxın və açılan menyuda Pin tab seçin. Əgər bu səhifə sizə daha lazım deyilsə sadəcə olaraq unpin edin.


0 şərh.:

Post a Comment