Səhifələr

Blogroll

11 September 2011

Dlink 2500U modeminin sazlanması (Windows 7)

Bəzən istifadə etdiyimiz provayderlərin aşırı "diqqəti" səbəbindən modemin sazlanması günlərlə vaxt aparır. Bu mövzuda provayderlərə "əziyyət" verməmək üçün Dlink 2500 modemi üzərində müxtəlif tip qoşulmaları necə etməyi öyrənəcəksiniz. 


Provayderdən alacağımız məlumat (göstərilən məlumatlar yalnız standart qoşulmalar üçün nəzərdə tutulub,digər hallar üçün əlavə məlumat provayderlikdən alınacaq.):
Qoşulma növü - Static İP ilə və ya PPPoE 
VPİ/VCİ - adətən 0/35, 8/35, 1/32 (mənim rast gəldiklərim)
Əgər Qoşulmanız Static İP üzərindəndirsə İP ünvan və digər məlumatlar.
PPPoE qoşulması istifadə olunursa istifadəçi adı və şifrə. 
DNS ünvanlar. 


İlk növbədə modemi aşağıda göstərilmiş sxem üzrə qoşmaq lazımdır.
Kompüterimizin şəbəkə İP ünvanlarını dəqiqləşdirək və modemin standart İP-si üzərində sazlayaq. Bəzi hallarda buna ehtiyac duyulmur. Çünki bunları bizim əvəzimizə DHCP edir. Amma təcrübəmdən bilirəm ki, İP ünvanın bizim tərəfimizdən yazılması daha məqsədə uyğundur. 


İP ünvanı və digər sazlamaları etdikdən sonra modemə daxil olaq. İstənilən İnternet səyyahını açıb ünvan hissəsinə modemin ünvanını yazaq. Əgərə dəyişməmisinizsə D-link modemlərində bu 192.168.1.1 - dir. 

Ünvanı daxil edib Enter düyməsini vurduqda bizdən istifadəçi adı və şifrə tələb olunur. Dəyişilməyibsə D-link modemlərində bu İstifadəçi adı - admin, Şifrə - admin. 

Bu bizim modemin əsas səhifəsidir. Yeni model D-link modemləri bu modellərdən çox fərqlənir. Yeni modellərin sazlanması barədə gələn dəfə danışılacaq. Bu modemdə isə sol tərəfdə yerləşən Wizard düyməsini klikləməklə işə başlayaq. Açılan pəncərədə DSL Auto-connect -dən işarəni götürüb davam edirik.

Açılmış xanalara provayderdən öyrəndiyimiz VPİ və VCİ yazırıq. Biz nizamlamaları Aztelekom üzərindən edəcəyik. Buna görə də müvafiq olaraq VPİ - 1, VCİ - 32 yazaq. 



Növbəti səhifəyə keçək və qoşulma növümüzü seçək. Azərbaycanda əksər provayderlərimiz və həmçinin Aztelekom.Net  də PPPOE üzrə qoşulma təklif etdiyindən biz də PPPOE seçəcəyik. 

Növəbəti səhifədə istifadəçi adı, şifrəsi və digər parametrlər qeyd olunur. İstifadəçi adı ilə şifrə provayderlə bağlanmış müqavilədə göstərilməlidir. Aztelekom.Net standart olaraq istifadəçi adı ilə şifrəni abunəçinin ev nömrəsi ilə eyni edir. Yəni əgər Sumqayıtda yaşayan 6555555 nömrəli abunəçi Aztelekom.Net internetinə qoşularsa onun istifadəçi adı 0186555555 şifrəsi də həmçinin 0186555555 olacaq. Digər peovayderlərdə fərqli ola bilər. 
Növbəti səhifədə NAT, Firewall və digər parametrlər işarələnir. Prinsipcə bu hissədə ancaq NAT seçmək olardı. Amma şəkildə göstərildiyi kimi işarələnməsi məqsədə uyğundur. 

Növbəti səhifədə bizə modemin local İP ünvanını dəyişmək və DHCP qaydalarını təyin etmək təklif olunur. Bunu etmək bəzi hallarda lazımdır. Amma biz buna toxunmayıb sadəcə yan keçəcəyik. 


Növbəti səhifəyə keçdikdə nizamlamaların hazır olması və daxil etdiyimiz məlumatlar barədə bildiriş alacaqsınız. Bildirişin aşağı hissəsində Save reboot düyməsini klikləməklə siz daxil etdiklərini yadda saxlaya bilərsiniz. Bu düyməni kliklədikdən sonra modem sönüb yanacaq. Bundan sonra əgər siz tərəfdən və provayder tərəfdən hər şey düzgün qoşulubsa kompüterinizdə internetdən istifadə edə bilərsiniz. 

4 şərh.:

Salamaleykum! Aztelekom uchun login parol va VPİ/VCİ hansi olmalidir? Teshekurler

Bunlary hamsini yazdim, internet indokatoru qirmizi rengde yanir.

Login və şifrə regiondan asılı olaraq dəyişir. Misal üçüb Sumqayıtda bu şəhər kodu daxil ev nömrəsidir. Əgər internetdə qırmızı işıq yanırsa deməli ya siz modemi sazlayarkən login və şifrəni səhv daxil etmisiniz, ya da mərkəzi serverdə sizin login aktiv edilməyib.

salam aleykum mene aztelecom-um vpi vsi birde login parolu lazimdi mumkunse dyein mene

Post a Comment