Səhifələr

Blogroll

17 June 2014

MS SQL SERVER 2012 qurulması

Bu mövzuda şəkillərdə göstərilmiş addımları ardıcıl keçərək öz lokal kompüterinizdə və ya serverinizdə MS SQL SERVER 2012 (Denali) qura bilərsiniz. Nəzərə alın ki, göstərilmiş addımlar sadələşdirilmiş qurulum qaydasıdır. Əgər yüklədiyiniz server istehsalatda istifadə olunacaqsa mütləq şəkildə müəyyən dəyişikliklər edilməlidir.

Quraşdırmaya başlamazdan öncə quraşdırma fayllarını kompüterinizə yükləyin. Bu faylları Microsoft yükləmə servisindən istifadə edərək yükləyə bilərsiniz.  Aşağıdakı şəkil yükləmə mənbəyindən asılı olaraq dəyişə bilər. Şəkillərə daha böyük ölçüdə baxmaq üçün üzərində klikləyin.

setup_files

Fayllar yükləndikdən sonra setup.exe-ni işə salın.

opening_menu

Bir müddət sonra aşağıdakı pəncərə açılacaq. Açılan pəncərədən şəkildə qırmızı ilə göstərildiyi kimi installation bölməsinə keçin.

setup_menu

Bu bölmədə New SQL Server stand-alone installation or add features to an existing installation seçin.

select_installation

starting_installation

Uyğunluq yoxlamasından sonra əgər aşağıdakı siyahıda hər hansı problem yaranarsa quruma başlamadan öncə həll edilməlidir. Problem yoxdursa OK düyməsini sıxaraq quruma davam edirik.

check_prereq

Lisenziya şifrəniz varsa daxil edin. Yoxdursa çüddətli yükləyin.

license_code

İstifadəçi razılaşmasını oxuyaraq qəbul etdiyinizi bildirin. Razılıq verilməzsə quruluma davam edə bilməzsiniz.

user_agreement

Bizim qurulum sadələşdirilmiş olduğuna görə yeniləmələrin yoxlanılması və yüklənilməsindən istifadə etməyəcəyik.

updates

check_updates

Aşağıdakı şəkildə Windows Firewall barəsində xəbərdarlıq görsənir. Bu xəbərdarlıq ümumilikdə quruluma mane olmadığına görə keçə bilərsiniz. Amma Firewall söndürüb Re-run düyməsini klikləsəniz bu xəbərdarlığın həll olunduğunu görə bilərsiniz.

check_problems

Aşağıdakı şəkildə SQL SERVER-in necə yüklənəcəyi soruşulur. Birinci seçimdə hansı xidmətləri yükləyəcəyiniz və necə yükləyəcəyiniz sizdən soruşulur. Üçüncü seçimdə isə bütün xidmətlər olduğu kimi yüklənir. Ətraflı baxmaq üçün bizim qurulum birinci seçim üzrə gedəcək.

installation_feature

Aşağıdakı şəkildə MS SQL SERVER 2012 - nin təklif etdiyi bütün xidmətlərin siyahısını görə bilərsiniz. Əgər Siz hansı xidmətlərdən istifadə edəcəyinizi bilirsinizsə siyahıdan seçin, əmin deyilsinizsə sadəcə olaraq şəkildə göstərilmiş Select All düyməsini sıxıraq bütün xidmətləri yükləyin. Bu istehsalat serverləri üçün məsləhət görülmür. Nəzərə alın ki, hər bir SQL servisi əlavə resurs tələb edir.

select_features

Seçilmiş xidmətlərdən asılı olaraq uyğunluq yoxlaması aparılır. Əgər yoxlama zamanı hər hansı problem çıxarsa əvvəlcədən həll edilməlidir.

check_blocks

Aşağıdakı pəncərədə İnstance adını dəyişə bilərsiniz və ya SQL SERVER özü seçdiyi adı saxlaya bilərsiniz. Əgər yüklədiyiniz instance birinci deyilsə pəncərənin aşağısında mövcud olan instance siyahısını görə bilərsiniz. Həmçinin instance yüklənəcək direktoriyanı da seçə bilərsiniz. Bu direktoriyanın dəyişdirilməsi istənilməzdir.

instance_details

 

Növbəti pəncərədə Disk tələbləri barədə məlumat alacaqsınız. Əgər disklərinizdə kifayət qədər böş yer yoxdursa qurulum zamanı problemlər yarana bilər.
disk_space

 

Növbəti pəncərədə SQL SERVER xidmətlərinin hansı istifadəçi adı altında işləyəcəyini qeyd etmək lazımdır. Təhlükəsizlik baxımından hər xidmətin ayrı istifadəçi adından qurulub işləməsi daha məqsədə uyğundur. Bizim qurulum sadələşdirilmiş olduğundan bütün xidmətlər üçün eyni istifadəçini adı altında qurulacaq. Həmçinin bu pəncərədə xidmətlərin işə düşməsini avtomatik və ya manual seçə bilərik. Əgər xidmətin hal - hazırda işləməsinə ümumiyyətlə ehtiyac yoxdursa Disabled edib söndürə bilərik.

service-accounts

Növbəti tab Collation nizamlamaları haqqındadır. Bu tab serverinizdə istifadə olunacaq məlumatlar bazasında asılı olaraq dəyişə bilər. Latın, Kiril, unicode, case-insensitive, accent-sensitive və s. seçimlər edə bilərsiniz.

collation

 

Növbəti pəncərədə SQL SERVER autenfikasiya növünü və SA istifadəçisinin şifrəsini təyin edirik. Şəkildə göstərilmiş Add Current User və ya Add düyməsini sıxaraq SQL SERVER administratorlarını təyin edirik.

server_config

Növbəti tabda məlumatlar bazamızın fayllarının yerləşdiyi direktoriyaları göstəririk. Mən aşağıdakı şəkillərdə göstərildiyi kimi qovluqlar yaradaraq müvafiq xanalarda qeyd etdim. Sizin qovluq fərqli disklərdə fərqli adlarla ola bilər.


config_folders

data_folders

Növbəti tabda Filestream dəstəyi barədədir. Bu qurulumda FileStream haqqında məlumat verilməyəcək.

filestream

Analysis xidməti istifadə olunacaqsa uyğun nizamlamalar edilməli və Analysis administratorlar əlavə edilməlidir.

analysis

Bu qurulumda Reporting xidməti barədə məlumat vermədiyimizə görə İnstall only seçib Next düyməsini sıxırıq.

reporting

Bu pəncərədə Distributed Replay Controller xidməti üçün administrator yetkisi olacaq istifadəçiləri qeyd edib Next düyməsini sıxın.

reply-controller

Bu Xidmət barədə məlumat verilmədiyinə görə sadəcə olaraq Controller Name xanasını doldurub Next düyməsini sıxın.

reply-client

SQL SERVER-də aldığınız səhvlər barədə Microsoft firmasını məlumatlandırmaq istəyirsinizsə razılıq verib Next düyməsini sıxın.

error-reporting

Uyğunluq yoxlaması uğurla bitərsə Next düyməsini klikləyib növbəti pəncərəyə keçin.

inst-config-rules

Bu pəncərədə seçdiyimiz və qurulacaq xidmətlər barədə ümumi məlumat verilir. İnstall düyməsini sıxmaqla quruluma başlayın.

ready-to-install

install-progress

Qurulum bitdikdən sonra OK düyməsini klikləyərək əməliyyat sistemini restart edin.

install-complete

Əgər bütün addımlar uğurla bitdisə MS SQL SERVER 2012 -dən artıq istifadə edə bilərsiniz.

start-menu

 

Database Administrator

Yusif Yusifov

0 şərh.:

Post a Comment