Səhifələr

Blogroll

02 September 2011

Çaydanı ərpdən necə təmizləmək olar?



Çaydanda ərpin yaranma səbəbi qaynama zamanı suda olan mineralların çaydanın divarlarında yığılıb qalmasıdır.  Suyun növündən asılı olaraq ərpin qalınlığı və bərkliyi də fərqli olur. Cod suyun yaratdığı ərpi  yumşaq suyun yaratdığı ərpə  nisbətən aparmaq daha çətindir.


Ərpi adətən soda və ya sirkənin köməyi ilə aparırlar. Bunun üçün çaydanı soda və ya sirkə əlavə edilmiş su ilə qaynadırlar və 30 dəq. saxladıqdan sonra ərpi təmizləyirlər. 

      Bundan başqa limon turşusu da həmçinin ərp aparmaq qabiliyyətinə malikdir. Bunun üçün soyuq suya 1-2 paket limon turşusu əlavə edib çaydanı qaynatmaq lazımdır. Qaynadıqdan sonra bir müddət saxlayıb içini boşaltmaq və təmiz su əlavə edərək yenidən qaynatmaq lazımdır. Təmiz su qaynaqdıqdan sonra onu mütləq boşaltmaq lazımdır. Çünki çaydanda limon turşusunun qalıqları qala bilər. 
    Xalq arasında ərp təmizləmənin bir üsulu da var. Bu Coca Cola və ya Sprite içkilərinin çaydanda qaynatmaqladır. Bu içkilərin tərkibində limon turşusu olduğuna görə eynieffekti verir. 
      Başqa bir üsul isə kartof qabıqlarının çaydanda qaynadılmasıdır. 

0 şərh.:

Post a Comment