Səhifələr

Blogroll

31 July 2014

SQL SERVER - RESTORE VERIFYONLY

SQL SERVER administratorunun ən əsas işlərindən biri daim sağlam backup - larının olmasıdır. Amma hər gün backup alınması ehtiyac yarandıqda həmin backup fayl üzərindən geri dönəbilmək demək deyil. Zədələnmiş backup fayl Database administratoru çıxılmaz vəziyyətdə qoya bilər. Bu səbəbdən serverlərdən alınmış backup palnlı şəkildə yoxlanılmalıdır. Backup fayllarınızdan tam əmin olmaq üçün Test serverdə həmin faylları restore edərək yoxlamaq olar. Əgər resurs çatışmamazlığı varsa  RESTORE VERIFYONLY komandası ilə faylın sağlam olub olmadığını yoxlaya bilərsiniz. Nəzərə alın ki, bu komanda yalnız faylın sağlamlığını yoxlayır. Bu o deməkdir ki, RESTORE VERIFYONLY nəticəsi normal olsa belə bu faylı serverə restore edəbilməmək imkanı var. Misal üçün əgər database-də olan data faylların tamlığında problem olarsa bu faylı restore etməkdə çətinliklər olacaq. Amma WITH CHECKSUM açar sözü ilə alınmış backup RESTORE VERIFYONLY testindən normal keçərsə həmin faylın restore olunması problem yaratmamalıdır. RESTORE VERIFYONLY komandasından istifadə etmək üçün aşğıdakı sorğunu özünüzə uyğun dəyişin.


[code language="sql"] RESTORE VERIFYONLY FROM DISK='D:\SQLBACKUP\MSSQLSUPPORT.bak' [/code]


Əgər backup zamanı WITH CHECKSUM istifadə edilibsə sintaksis aşağıdakı kimi dəyişəcək.

[code language="sql"] RESTORE VERIFYONLY FROM DISK='D:\SQLBACKUP\MSSQLSUPPORT.bak' WITH CHECKSUM[/code]

Backup aldığınız zaman da aşağıdakı şəkildə göstərildiyi kimi Verify backup when finished seçsəniz eyni iş görülmüş olacaq.

backup

 

Database Administrator

Yusif Yusifov

0 şərh.:

Post a Comment