Səhifələr

Blogroll

22 July 2014

SQL SERVER - Database Files

Hər bir SQL SERVER - də maksimum 32767 database yaradıla bilər və hər bir database 32767 operativ sistem faylına bölünə bilər. Database ilk yaradıldıqda əgər əlavə heç bir dəyişiklik edilməyibsə operativ sistem səviyyəsində 2 fayl: Data fayl və Log fayl yaranacaq.

[code language="sql"]CREATE DATABASE MSSQLSUPPORT; [/code]

Bu sorğudan sonra SQL Serverimizdə yeni database yaranacaq.

createdb

 

... və eyni anda operativ sistem səviyyəsində 2 fayl yaranacaq.

 

createdb-2

 

Data faylda cədvəllər, indexlər, stored procedure, view kimi elementlər saxlanılır. Log fayllarda isə database-də baş verən bütün tranzaksiyaları bərpa etmək üçün gərəkli olan məlumatlar yazılır. SQL Serverdə bir database maksimal həcmi 524272 terabayt həcmində məhdudlaşdırırlmışdır. Bir data fayl həcmi maksimum 16 terabayt, bir log fayı həcmi isə maksimum 2 terabayt ola bilər. Maksimal ölçülərin 16 və 2 terabayt olmasına baxmayaraq bu ölçüdə faylları idarə etmək və tamlığını qorumaq çox çətindir. Digər tərəfdən isə data və log faylları aşırı şəkildə böyüməsi SQL Serverin yavaşlamasına səbəb ola bilər. Bu ilk növbədə Sərt disklərdən yazma - oxuma sürətinin aşağı olmasıdır. Bu səbəbdən SQL Server eyni database-ə yeni data fayl və log fayl əlavə etmək imkanı verir. Bununla da biz bir database-i müxtəlif fiziki disklərdə saxlayaraq sərt disk oxuma-yazma sürətinin təsirini azaltmış oluruq. Yeni data və log fayllar əlavə etmək üçün aşağıdakı şəkillərdəki əməliyyatlar yerinə yetirilməlidir.

1. Data fayl və ya log fayl əlavə etmək istədiyiniz database üzərində sağ klik edib Properties pəncərəsini açın.

datafile

 

 

2. Açılmış pəncərədə sol tərəfdə olan menyudan Fayl bölməsinə keçin.

datafile-2


3. Bu pəncərədə hal - hazırda cəmi iki fayl: bir Data və bir log fayl olduğunu görə bilərsiniz.


datafile-4


4. Bu pəncərənin sağ aşağı küncündə olan Add düyməsini klik edin. Klik etdikdən sonra fayl siyahısında yeni sətir yarandığını görəcəksiniz.

datafile-3

 

5. Logical Name sütununa faylın adını dail edin. Fayl Type sütununda hal - hazırda cəmi seçimimiz var. Rows Data - Data fayl tipi və Log - log fayl tipi.

 

datafile-7

 

 

6.Yeni faylgroup yaratmadığımıza görə Faylgroup Primary olaraq qalacaq. İnitialSize sütununda Data faylın başlanğıc həcmini göstəririk. Database tələblərindən asılı olaraq fərqli həcm verilə bilər. Autogrowth/Maxsize sütunu Data faylın avtomatik olaraq böyüməsi və Maksimal həcmini təyin edir. Aşağıdakı şəkildə Maksimal həcmini 1 GB və faylın artma intensivliyini 10 faiz olaraq qeyd etmişik. Bu o deməkdir ki, əgər faylın başlanğıcda verdiyimiz həcmi dolarsa fayl hal-hazırki həcminin 10 faizi nizbətində böyüyəcək və 1GB - a çatdıqda dayanacaq. Bu limit Data faylın böyüyərək sərt diski doldurmasının qarşısını alır. Digər tərəfdən əgər bütün data fayllar limitlənərsə və bütün fayllar dolarsa bu Database-in işinin dayanmasına səbəb olacaq. Buna görə də data faylların həcmi daimi nəzarətdə olmalıdır.

datafile-5

7. Sonda Path sütununda data faylın yerləşəcəyi qovluğu göstəririk və File Name sütununa faylın operativ sistemdəki adını daxil edirik. Nəzərə alın ki, qəbul olunmuş qaydaya görə əsas data fayl MDF, əlavə data fayllar NDF, log fayllar isə LDF  fayl sonluğu ilə yaradılmalıdır. Bu məcburi deyil.

datafile-68. Data fayl əlavə etdikdən sonra yeni log fayl da əlavə edə bilərsiniz. Nəticə aşağıdakı kimi olmalıdır.

datafile-8

 

datafile-9

Eyni işi aşağıdakı sorğunu işə salmaqla da edə bilərsiniz. Sorğunu öz tələblərinizə uyğun dəyişməyiniz lazımdır.

[code language="sql"]

use master;
GO
CREATE DATABASE MSSQLSUPPORT

ON PRIMARY

(NAME='MSSQLSUPPORT',
FILENAME='D:\DATA\MSSQLSUPPORT.mdf',
SIZE=4MB,
MAXSIZE=100MB,
FILEGROWTH=10%
),
(NAME='MSSQLSUPPORT2',
FILENAME='D:\DATA\MSSQLSUPPORT2.ndf',
SIZE=4MB,
MAXSIZE=100MB,
FILEGROWTH=10%
),
(NAME='MSSQLSUPPORT3',
FILENAME='D:\DATA\MSSQLSUPPORT3.ndf',
SIZE=4MB,
MAXSIZE=100MB,
FILEGROWTH=10%
),
(NAME='MSSQLSUPPORT4',
FILENAME='D:\DATA\MSSQLSUPPORT4.ndf',
SIZE=4MB,
MAXSIZE=100MB,
FILEGROWTH=10%
)
LOG ON
(NAME='MSSQLSUPPORT_log',
FILENAME='D:\DATA\MSSQLSUPPORT_log.ldf',
SIZE=4MB,
MAXSIZE=100MB,
FILEGROWTH=10%
)[/code]

 

Database Administrator

Yusif Yusifov

0 şərh.:

Post a Comment