Səhifələr

Blogroll

16 May 2014

SQL SERVER - SSMS vasitəsi ilə Audit konfiqurasiyası

MS SQL SERVER-də olan Database-lərə  müdaxiləni (İNSERT, UPDATE, DELETE, SELECT, EXECUTE və s. ) nəzarətdə saxlamaq üçün aşağıdakı addımları ardıcıl keçərək serverinizdə Audit aktiv edə bilərsiniz.

1. SQL SERVER-də Security bölməsinə keçin və Audit altbölməsinin üzərində sağ klikləyərək New Audit seçin.

audit-main

audit-newaudit

2. Açılan pəncərədə Audit adını, Auditin hara və necə yazılacağını (bizim halda local diskimizdə file-a yazacağıq), audit faylının yerləşdiyi qovluğu, faylların maksimum sayını (limit qoyulmazsa diski doldura bilər), faylın maksimum ölçüsünü (kiçik ölçülü faylları idarə etmək daha asandır) daxil edib OK düyməsini sıxın

audit-prop

3. Bundan sonra yaratdığınız Audit (www.mssqlsupport.net) üzərində sağ klik edib Enable seçin.

audit-enable

4. Növbəti addımda Audit etmək istədiyiniz Database seçib, Security alt bölməsindən Database Audit Specification üzərində sağ klik edib New Database Audit Specification  seçirik.

audit-spec

 

audit-new-spec

 

5. Açılan pəncərədə olan xanaları aşağıdakı şəkildəki kimi doldurun. Audit Action Type - Audit edəcəyimiz əməliyyatlar. Biz yalnız Delte, İnsert, Select və Update-ləri izləmək istəyirik. Object Class - DATABASE. Yalnız seçəcəyimiz database audit olunacaq. Object Name - Audit edəcəyimiz database adını seçin. Principal Name - public. Public daxil etdikdə bütün istifadəçilərdən gələn sorğular qeyd ediləcək. Məlumatlar daxil edildikdən sonra OK düyməsini sıxıb yadda saxlayın. Yaratdığımız Audit Specification-nu Enable edək. Audit hazırdır və işə düşdü.

audit-spec-add

audit-spec-enable

6. Yaratdığımız Auditi test etmək üçün yaratdığımız Test Datatabase üzərində select insert əməliyyatları edək və nəticəni aşağıdakı sorğu ilə yoxlayaq.

[code language="sql"]

SELECT event_time

,action_id,statement

,database_name

,server_principal_name

FROM fn_get_audit_file( 'D:\AUDIT\*.sqlaudit', default, default) order by event_time desc

[/code]

 

Database Administrator

Yusif Yusifov

0 şərh.:

Post a Comment