Səhifələr

Blogroll

10 July 2014

SSMS Registered Servers Configuration

SQL Server Management Studio (SSMS) sizə tək bir SQL Serveri yox, çox sayda SQL Serveri eyni anda idarə etmək imkanı verir. Bunu bağlantı məlumatlarını hər dəfə daxil edərək də edə bilərsiniz. Aşağıdakı şəkildə bunun necə edilməli olduğu göstərilib.

manual-con

con-server

 

Amma vaxta qənaət və rahatlıq üçün SSMS-nun Registered Servers imkanından istifadə etmək daha əlverilşlidir. Aktiv etmək üçün View menyusundan Registered Servers seçin. Şəkil aşağıda göstərilib. Həmçinin Ctrl+Alt+G düymələrini eyni anda sıxmaqla da ekrana Registered Servers pəncərəsini gətirə bilərsiniz.

reg-servers

 

server-list

Registered Servers pəncərəsinin bəzi imkanları aşağıda sıralanıb:

1. Çox sayda SQL serverin bağlantı məlumatlarını yadda saxlaya bilərsiniz.

2. Serverlərinizin aktiv olub olmamasını yoxlaya bilərsiniz.

3. İstədiyiniz serverə asanlıqla bağlana bilərsiniz.

4. Serverlərinizi qruplaşdıra bilərsiniz.

5. Serverləri asanlıqla tapmaq üçün daha anlaşılan ad verə bilərsiniz.

6. Bütün serverlərinizə eyni anda və ya hər hansı qrupa query göndərib cavab ala bilərsiniz.

7. Server və qrup siyahısını Export edib başqa SSMS - da İmport edə bilərsiniz.

 

Yeni server qrupun yaradılması və serverin həmin qrupa əlavə edilməsi. 

Serverlərimizi asanlıqla tapmaq üçün ilk növbədə onları qruplaşdırmaq lazımdır. Qrupları yaratmaq üçün Registered Servers pəncərəsində Database Engine altında Local Server Groups üzərində sağ klik edib açılan menyudan New Server Group seçin. Qrup adını və qrup barədə məlumatı daxil edib yadda saxlayın. Ehtiyaclarınızdan asılı olaraq qrup içində qrup da yarada bilərsiniz.

group-creating

group-name

inner-group

Qruplar yaradıldıqdan sonra serverləri qrupları üzrə paylaşdırmaq olar. Bunun üçün Serveri daxil etmək istədiyiniz qrup üzrində sağ klik edib New Server Registration seçin. Açılan pəncərədə bağlanmaq istədiyiniz server məlumatlarını daxil edin. Burada İP ünvan və ya Server adı, İnstance adı, autenfikasiya forması, istifadəçi adı və şifrəsi, Serverə verəcəyiniz ad, Server haqqında kiçik məlumat. Bu məlulmatlar daxil edildikdən sonra Connection Properties bölməsinə keçib bağlantı haqqında əlavə məlumatlar da daxil edə bilərsiniz. Bütün məlumatlar daxil edildikdən sonra serveri yadda saxlayın.

 new-server


new-ser-reg


new-ser-con-prop


server-1


Serveri qeydiyyatdan keçirdikdən sonra bağlanmaq üçün üzərində iki klik edin və ya sağ klik edib Object Explorer seçin. Hər iki halda serverlə bağlantı yaranacaq və həmin server Object Explorer-də açılacaq.

 server-connect


Object Explorer-də açmadan həmin serverə hər hansı sorğu göndərmək üçün sadəcə üzərində sağ klik edib New Query seçin.

server-new-query

Bir qrup altında olan bütün serverlərə eyni anda sorğu göndərmək üçün qrup üzərində sağ klik edib New Query seçin. Query pəncərəsi açıldıqdan sonra onun aşağısında olan məlumat sətrində neçə serverə eyni anda sorğu göndəriləcəyi barədə məlumat çıxır.

group-query

con-servers


Hər hansı serveri bir qrupdan digər qrupa keçirmək üçün Server üzərində sağ klik edərək Tasks bölməsindən Move To... seçin. Açılan pəncərədə keçirmək istədiyiniz qrupu seçib OK vurun. Eyni qaydada yaratdığınız qrupların da yerini dəyişə bilərsiniz.


move-server

move-server-group

Registered Servers siyahısını digər kompüterə daşımaq və ya sonradan bərpa üçün yadda saxlamaq üçün export edə bilərsiniz. Bunun üçün Local Server Groups üzərində sağ klik edib Tasks menyusunda Export seçin. Açılan pəncərədə Export olunacaq faylın yeri və export etmək istədiyiniz qrupları seçin. Əgər şifrələri də yadda saxlamaq istəyirsinizsə (Təhlükəsizlik baxımından düzgün deyil) pəncərənin aşağısında olan Do not include user names and passwords in the export file seçimini qaldırın.

 

export

 

export2


Export etdiyiniz faylı import etmək üçün isə yenidən  Local Server Groups üzərində sağ klik edib Tasks menyusunda İmport seçin. Açılan pəncərədə İmport edəcəyiniz faylın yerini göstərərək OK vurun.

 import


import2


Database Administrator


Yusif Yusifov

0 şərh.:

Post a Comment