Səhifələr

Blogroll

30 August 2011

Photoshop-dan istifadə etmədən şəkil redaktə etmək/Online photo editor.

Hər zaman əl altında olmayan Photoshop-suz keçinməyin daha bir üsulu. Bəzən şəkillərdə çox kiçik bir dəyişiklik etmək üçün məcburiyyət qarşısında ya Photoshop, ya da digər proqramlara müraciət edirik. Misal kimi şəkillərdə tez - tez rast gəlinən "qırmızı göz" effektinin aradan qaldırılması. Ardında qırmızı göz və digər sadə işlərin öhtəsindən gələn online foto redaktorun əsas xüsusiyyətləri ilə tanış ola bilərsiniz. Bəlkə lazım oldu ;)


Bu gün göstərəcəyimiz foto redaktor internetdə olanların bəlkə də ən sadəsidir. Axtarışdan istifadə edib daha geniş və mükəmməl editorları tapa bilərsiniz. Sadəliyinə baxmayaraq Editor.pho.to sizə şəkillər üzərində manipulyasiya etmək üçün kifayət qədər böyük imkanlar verir.
  • Şəkli kəsmək
  • Şəkli döndərmək
  • Ölçüsünü böyüdüb və ya kiçiltmək
  • Bir kliklə şəklin bütün parametrlərini daha da yaxşılaşdırmaq
  • Şəklə mətn əlavə etmək
  • Şəklə öz şəxsi imzanızın qoyulması (watermark)
  • və s.
Bütün sadalananları yoxlamaq üçün ilk növbədə şəklimizi seçək və işə başlayaq. Mən öz şəklimi seçdim.


Seçdiyimiz şəkli redaktora yükləyək. Yüklədiyiniz şəkilləri yalnız siz görürsünüz və onlar 12 saatdan sonra avtomatik silinəcək.



Şəkli yüklədikdən sonra onun ölçüsünü, istiqamətini, arxa fonun rəngini dəyişmək təklif olunur. Amma məncə ölçüyə toxunmasaq daha doğru olardı, digər parametrləri isə özünüzə uyğun dəyişə bilərsiniz. Şəkildə göstərilən "Yüklə" düyməsini sıxıb davam edirik.
Şəkil yükləndikdən sonra onu yuxarıda sol tərəfdə yerləşən paneldə görəcəksiniz. Orda həmçinin son redaktə etdiyiniz şəkillər də olacaq. Qeyd etdiyimiz kimi bu şəkillər 12 saatdan sonra avtomatik silinir. Sağ paneldə isə eksprimentlərimizin nəticələri yerləşəcək. Şəklin üzərinə gətirdikdə ona müvafiq menyu açılır və sizə şəklin redaktə üçün seçilməsi, kompyuterə yüklənməsi və tam ölçüdə göstərilməsi təklif olunur. Şəkli redaktə üçün seçib işimizə davam edirik. 

Alətlər paneli sol tərəfdə yerləşir. Ən yuxarıda şəklin ölçüsü və ekranda görünməsi ilə bağlı alətlərdir. onların vasitəsi ilə şəklin real ölçüsünü, ekrana yerləşəbiləcək ölçüsünü və ya istəyimizə uyğun böyüdüb kiçildə bilərik. Alt tərəfdə olan iki ox işarəsi etdiyimiz əməliyyatların geri qaytarılması üçün düymələridir (Undo və Redo). 
Bir az aşağıda şəkli kəsmək, döndərmək və ölçüsünü dəyişmək üçün alətlər var. Alətləri seçdikdə köməkçi paneldə alətə uyğun seçənəklər görsənir. Onlardan istifadə etməklə əməliyyatları yerinə yetirmək olar. 
Fotokorreksiya bölməsində şəkli qaydaya salmaq üçün müxtəlif alətlər yerləşdirilib. Bir neçəsin tətbiq etsəm də dəyişiklik hiss etmədim. Ola bilər seçdiyim şəkil fikirləşdiklərindən fərqlidir :)
Növbəti paneldə bizi maraqlandıran qırmızı göz effektini götürən alət yerləşir. Onunla yanaşı digər alətlər də var. Mənim daha çox bəyəndiyim karikatura aləti oldu. Növbəti şəkildə qırmızı göz effekti və karikatura tətbiq olunmuş şəkildir. 

Daha sonra gələn alətlər vasitəsi ilə isə şəkillərə müxtəlif effektlər vermək olar. Sonda isə daha iki alət mətn və watermark əlavə etmək üçün alətlərdir. Watermark əlavə etmək üçün əvvəlcədən hazırladığımız şəkli hər hansı hosting-ə yükləyirik və aşağıdakı şəkildə göstərilən yerdə keçidi əlavə edib tətbiq edirik. 
Şəklimiz tam hazır olduqdan sonra isə yuxarı sağ paneldə sonuncu şəkli seçib komyuterdə saxlayırıq. 
Göründüyü kimi online photo editor tam olmasa da Photoshop-u əvəz edə bilər. 

2 şərh.:

feedback: Editor.pho.to sizə şikəllər - söz yanlış yazılıb

Post a Comment