Səhifələr

Blogroll

02 November 2011

F5plus - Photoshop-da Stop kadr effektİ


Bu günkü dərsimizdə sadə amma çox maraqlı effekt olan Stop Kadr effektini yaratmağa çalışaq.
Başlayaq. 400x400 piksel ölçüsündə yeni bir fayl yaradaq. Yeni qat yaradaq,yaratdığımız qatın  mərkəzində Rectangular Marquee Tool vasitəsi ilə düzbucaqlı sahə işarə edək və qara rəngə boyayaq. Ctrl+D, seçimi yığışdıraq, yenidən Rectangular Marquee Tool və əvvəl işarə etdiyimiz sahədən bir az kiçik sahəni işarə edək.
 Seçimi hələ ki, saxlayaq. O bizə gələcəkdə də lazım olacağına görə də yaddaşda saxlamaq lazımdır. Bunun üçün Select-Save Selection əmrindən istifadə edək. Açılmış pəncərədə ad daxil edək və OK düyməsini sıxaq. Seçimimizin harada yerləşdiyini görmək istəsəniz şəkldə göstərilən menyuya keçin.
 Seçilmiş sahə aktiv qaldığı halda qara düzbucaqlı olan qatımızı aktiv edirik və Delete düyməsini sıxırıq. Nəticəmiz.
 Ctrl+D sıxaq, seçilmiş sahəni yığışdıraq. Yeni qat yaradaq. “X” düyməsini sıxaq ki, əsas rəngimiz ağ rəng olsun. Alətlər panelindən Rounded Rectangle Tool alətini seçib aşağıdakı parametrləri daxil edək.
 Parametrlər daxil edldikdən sonra, Yeni qatımızı aktiv edərək aşağıda göstərildiyi kimi fiqur əlavə edək.
 Move Tool alətini seçib, Shift+Alt düymələrini saxlamaqla çəkdiyimiz fiqurun üzərində sol düyməni sıxıb saxlamaqla kənara çəkək və bununlada əvvəlki fiqurun dublikatını yeni qatda yaratmış olururq. Nəticəmiz belə alınmalıdır.
 Əgər alındısa davam edək və kadrın sonunadək bu əməliyatı yerinə yetirək. Kadrın sonuna çatdıqda seçimi götürmək üçün Ctrl+D düymələrini sıxın və yaratdığımız bütün qatları birləşdirin. Bunu üçün Arxa fon və çərçivəmizin yerləşdiyi qatı gizlədək (sol tərəfdəki göz işarəsinə klikləyin). Sonra isə Görünün qatlarımızın hər hansı birinin üzərində sağ düyməni sıxın və açılan kontekest menyuda Merge Visible əmrini seçin. Birləşdirdikdən sonra yenidən qatlarımızı görünən edək.
Kadrımızın yuxarı hissəsini düzəltdik, aşağı hissəsi nisbətən asand olacaq. Bunun üçün Ctrl düyməsini saxlamaqla birləşdirdiyimiz qat üzərində klik edək. Əvvəl etdiyimiz kimi Shift+Alt Move Tool alətinin köməyi ilə dartıb aşağıda yerləşdiririk.
 Alındısa davam edək. Effektimizi daha real göstərmək üçün kölgə verək. Bunun üçün Ctrl düyməsini sıxaraq sonuncu yaratdığımız qat üzərində klik edək. Bu əməliyyat bütün yaratdığımız kiçik düzbucaqlı sahələri seçimli edəcək. Seçimi aktiv saxlayaraq Qara düzbucaq olan qata keçək və Delete düyməsini sıxaq. İlk baxışda heç bir dəyişiklik olmadı. Biz sadəcə olaraq bizə lazım olmayan sonuncu qatımızdan azad olduq. Buna görə də Sonuncu qatı poza bilərik. Seçimi yığışdıraq. Layer-Layer Stayle – Drop Sadow menyusuna keçək və aşağıdakı parametrləri daxil edək.
 Hər şey demək olar ki, hazırdır. Sonuncu addım üçün bir şəkil seçək. Mən bunu seçdim.
 Yeni qat əlavə edək və şəkli ora gətirək. Məncə bunu necə etməyi bilirsiniz. Yaratdığımız və üzərində şəkil olan qatı Arxa fon və çarçivə arasında yerləşdirək. Ctrl+T düymələri ilə Free Transform rejiminə keçək. Şəklimizi kadra uyğunlaşdıraq. Kənarlardan artıq qalsa da olar. Əsas məsələ şəklin formasını zədələməyin. Şəkli formaya saldıqdan sonra dərsin başlanğıcında yadda saxladığımız və mənim sizə yerini göstərdiyim seçimi aktiv edək. Bunun üçün Ctrl düyməsini sıxaraq üzərində klik edək. Seçilmiş sahə aktiv olduqdan sonra Select – İnverse əmrini tətbiq edək və seçilmiş sahəni əksinə çevirək. Şəkil yerləşən qatı aktiv edərək Delete deyməsini sıxaq. Hər şey alındısa təbrik edirəm. Hər hansı problem yaransa suallarınız cavabsız qalmayacaq.
Uğurlar.

0 şərh.:

Post a Comment