Səhifələr

Blogroll

13 May 2014

SQL SERVER Replication - Nonclustered index-lərin replication-a əlavə edilməsi.

SQL SERVER replication yeni quruluduqda nonclustered indexlər article listə əlavə edilmir. Əlavə etmək üçün aşağıda göstərilən əməliyyatları etmək lazımdır.

1. Hal - hazırda mövcud olan Publication üzərində sağ klik edib Properties pəncərəsini açırıq.

[caption id="attachment_161" align="aligncenter" width="295"]Replication Properties Replication Properties[/caption]

2. Açılmış pəncərədən Article bölməsinə keçirik.

rep-article

3. Pəncərənin sağ tərəfində bizə iki seçim verən Article Properties menyusundan Set Properties of Highlighted Table Article və ya Set Properties of All Table Articles seçirik. Birinci seçimdə Article siyahısında olan hər-hansı bir table və ya table-lar üçün dəyişiklik edə bilərik. İkinci seçimdə isə yəni Set Properties of All Table Articles seçimində Article siyahısında olan bütün obyektlərə dəyişiklik etmiş oluruq.

rep-article2

4. Yuxarıda göstərilənlərdən birini seçdikdən sonra aşağıdakı parametr pəncərəsi açılır. Bu pəncərədə Replicationa Nonclustered index, Foreign key constraints, Check constraints  və s. əlavə etmək olar.

rep-article3

 

Dəyişikliklər edildikdən sonra yenidən Snapshot çıxardıb replication-a əlavə edilən məlumatları yeniləyin.

 

Yusif Yusifov


Database Administrator

0 şərh.:

Post a Comment