Səhifələr

Blogroll

13 September 2011

TP-link modeminin sazlanması





Əhali arasında kifayət qədər geniş yayılmış TP-link modemlərinin sazlanması D-link-lərə nisbətən çox sadə olasa da bu modemlərinin sazlanmasının şəkillər üzrə göstərilməsi məncə lazımlı ola bilər. D-link modeminin sazlanması barədə yazılmış mövzunun modemə daxil olana qədər hissəsi eynən TP-link modemlərində də edilmədilir. Buna görə sadəcə həmin hissəni bura köçürüb modemi sazlamağa davam edək. 


Provayderdən alacağımız məlumat (göstərilən məlumatlar yalnız standart qoşulmalar üçün nəzərdə tutulub,digər hallar üçün əlavə məlumat provayderlikdən alınacaq.):
Qoşulma növü - Static İP ilə və ya PPPoE 
VPİ/VCİ - adətən 0/35, 8/35, 1/32 (mənim rast gəldiklərim)
Əgər Qoşulmanız Static İP üzərindəndirsə İP ünvan və digər məlumatlar.
PPPoE qoşulması istifadə olunursa istifadəçi adı və şifrə. 
DNS ünvanlar. 


İlk növbədə modemi aşağıda göstərilmiş sxem üzrə qoşmaq lazımdır.

Kompüterimizin şəbəkə İP ünvanlarını dəqiqləşdirək və modemin standart İP-si üzərində sazlayaq. Bəzi hallarda buna ehtiyac duyulmur. Çünki bunları bizim əvəzimizə DHCP edir. Amma təcrübəmdən bilirəm ki, İP ünvanın bizim tərəfimizdən yazılması daha məqsədə uyğundur. 



İP ünvanı və digər sazlamaları etdikdən sonra modemə daxil olaq. İstənilən İnternet səyyahını açıb ünvan hissəsinə modemin ünvanını yazaq. Əgərə dəyişməmisinizsə D-link modemlərində bu 192.168.1.1 - dir. 

Ünvanı daxil edib Enter düyməsini vurduqda bizdən istifadəçi adı və şifrə tələb olunur. Dəyişilməyibsə D-link modemlərində bu İstifadəçi adı - admin, Şifrə - admin.


Modemə daxil olduq. İlk açılan pəncərədə modemin Statusunu görəcəksiniz. Burada modemdə olan konfiqurasiyalar və hal - hazırki qoşulma barədə məlumat verilir. Quik Start keçidini klikləyib işə başlayaq. 


Növbəti açılan pəncərədə Run Wizard düyməsini klikləyin. Kliklədikdən sonra kiçik salamlama pəncərəsi açılacaq və bizə keçəcəyimiz mərhələləri göstərəcək. 




NEXT düyməsini klikləyib işə başlayırıq. İlk təklif olunan saat qurşağının seçilməsidir. Bunun o qədər də əhəmiyyəti yoxdur. Əgər hər şeyin yerində olmağını xoşlayırsınızsa siyahıdan yerləşdiyiniz saat qurşağını seçin və yenidən NEXT düyməsini klikləyin. 


Növbəti addımda qoşulma növümüzü seçirik. Bu məlumat provayderdən alınmalıdır. Bizim misalda Aztelekom.Net üzərindən qoşulmaq istəyən Sumqayıt şəhər abunəçisi üçün modem nizamlamaları olacaq. Buna görə bizim seçimimiz PPPOE olacaq. Şəkildə işarələnmişdir. 


NEXT düyməsini klikləyirik və açılan pəncərədə provayderdən aldığımız istifadəçi adı və şifrəmizi, ardınca isı VPİ/VCİ məlumatlarımızı daxil edirik. 


NEXT düyməsini bir daha klikləsək  işlərin tamamlandığını və NEXT düyməsindən sonra bütün məlumatların modemə qeyd olunacağı barədə məlumat gələcək. Əgər hər şeyi düz etdiyinizdən əminsinizsə NEXT klikləyib açılan pəncərədə Close düyməsini basırıq. Bundan sonra internetdən istifadə etməyə çalışırıq. 


0 şərh.:

Post a Comment