Səhifələr

Blogroll

06 November 2011

Dlink 2500U modeminin sazlanması (Yeni yama)


Dlink 2500U modeminin yeni yaması köhnədən çox fərqləndiyinə görə yeni yama üzərindən sazlanması barədə də məlumat verəcəm.

Provayderdən alacağımız məlumat (göstərilən məlumatlar yalnız standart qoşulmalar üçün nəzərdə tutulub,digər hallar üçün əlavə məlumat provayderlikdən alınacaq.):
Qoşulma növü - Static İP ilə və ya PPPoE 
VPİ/VCİ - adətən 0/35, 8/35, 1/32 (mənim rast gəldiklərim)
Əgər Qoşulmanız Static İP üzərindəndirsə İP ünvan və digər məlumatlar.
PPPoE qoşulması istifadə olunursa istifadəçi adı və şifrə. 
DNS ünvanlar. 


Kompüterə aid olan hissədə dayişiklik olmadığından sadəcə digər mövzuda olduğu kimi edirsiniz. 
İlk növbədə modemi aşağıda göstərilmiş sxem üzrə qoşmaq lazımdır.
Kompüterimizin şəbəkə İP ünvanlarını dəqiqləşdirək və modemin standart İP-si üzərində sazlayaq. Bəzi hallarda buna ehtiyac duyulmur. Çünki bunları bizim əvəzimizə DHCP edir. Amma təcrübəmdən bilirəm ki, İP ünvanın bizim tərəfimizdən yazılması daha məqsədə uyğundur. 


İP ünvanı və digər sazlamaları etdikdən sonra modemə daxil olaq. İstənilən İnternet səyyahını açıb ünvan hissəsinə modemin ünvanını yazaq. Əgərə dəyişməmisinizsə D-link modemlərində bu 192.168.1.1 - dir. 

Ünvanı daxil edib Enter düyməsini vurduqda bizdən istifadəçi adı və şifrə tələb olunur. Dəyişilməyibsə D-link modemlərində bu İstifadəçi adı - admin, Şifrə - admin. 

Daxil etdikdən sonra OK düyməsini sıxırıq və modemimizin əsas səhifəsinə daxil oluruq. Səhifənin sol tərəfindəki, idarətmə menyusundan Advanced Setup seçibi işimizə başlayırıq. 
Yeni konfiqurasiya əlavə etmək üçün Add düyməsini klikləyirik. Modem bizdən ilk növbədə VPİ və VCİ tələb edir. Bizim halda bu 1 və 32 - dir. Bu rəqəmlər provayderdən asılı olaraq dəyişə bilər. 


Məlumatları daxil etdikdən sonra Next düyməsini klikləyib növbəti səhifəyə keçirik və qoşulma növü kimi PPPOE - ni qəbul edirik. Next düyməsini klikləyib növbəti səhifəyə keçirik.
Bu seçim provayderin təklif etdiyi xidmətdən asılı olaraq dəyişə bilər. 


Bu səhifədə bizdən istifadəçi adı, şifrə və digər parametrləri seçmək təklif olunur. Seçimləri şəkildə gördüyünüz kimi edin. İstifadəçi adı şifrə barədə provayderdən məlumar alın. 
Next düyməsini kilklədikdən sonra açılan pəncərədəki seçimlər isə şəkildəki kimi olmalıdır. 
Daha bir Next və sonra Save düyməsini klikləyin. Bu əməliyyatlardan sonra açılacaq pəncərədə daxil etdiyimiz məlumatları görəcəksiniz. Məlumatları yadda saxlamaq üçün Save Reboot düyməsini klikləyin. Modemin sönüb yenidən yanmasını gözləyin. Əgər bütün məlumatlar düzgün daxil edilibsə internetdən istifadə edə bilərsiniz. 


0 şərh.:

Post a Comment