Səhifələr

Blogroll

13 September 2011

Windows 7 - Disklərə müraciəti qadağan edək.

Çox az-az lazım olsa da kifayət qədər lazımlı olabiləcək bir məlumatdır. Diskləri gizlətmək və onlara müraciəti qadağan etmək üçün kifayət qədər çox üsul. Bu onlardan biridir və nəzərə alın ki, bu üsul yalnız Windows 7 - Professional, Ultimate, Enterprise versiyalar;nda keçərlidir. İlk növbədə Local Policy Manager (gpedt.msc) proqramını işə salaq. Bunun üçün START düyməsini vururuq və axtarış hissəsində gpedit.msc yazıb nəticənin tapılmasını gözləyirik. Əgər axtarış bu faylı tapırsa demək sizin ƏS bizim edəcəyimiz üsulu dəstəkləyir. Əks halda dəstəkləmir. 


Tapılmış fayl üzərində klikləyib açaq. İlk açılacaq pəncərə şəkildəki kimi olmalıdır. 



Açılmış pəncərədə ardıcıl olaraq:
Конфигурация пользователя - Административные шаблоны - Компоненты Windows - Проводник Windows 
Əgər hər şeyi düz etdinizsə aşağıdakı şəkildə göstərilən Скрыть выбранные диски из окна "Мой компьютер" tapacaqsınız. 

Həmin yazının üzərinə klikləsəz açılan pəncərədə diskləri gizlətmə barədə parametrləri görəcəksiniz. Şəkildə işarələdiyim ardıcıllıqla 1-ci etapı keçdikdən sonra. 2-ci etapda siyahıdan gizlətmək istədiyiniz diskləri seçib OK düyməsini klikləyirisiniz. Reboot etsəniz əməyinizin görə bilərsiniz. Əgər diskləri pərpa etmək istəyirsinizsə sadəcə olaraq eyni əməliyyatları yerinə yetirərək aktiv etdiyiniz funksiyanı söndürün. 

0 şərh.:

Post a Comment