Səhifələr

Blogroll

01 November 2011

Android - WifiKill



Son zamanlar istehsal mobil avadanlıqların demək olar ki, əksəriyyəti Wifi-la təchiz olunur. Wifi olduğu halda isə telefon sahibinin ilk etdiyi  internetə çıxışı olan Wifi şəbəkə axtarışlarıdır. Axtardığınız şəbəkəni kafedə, restoranda və ya iş yerinizdə tapa bilərsiniz. Hal-hazırda Azərbaycanda istifadə olunan şəbəkələrin interneti ADSL üzərindən aldığını nəzərə alsaq, alacağınız sürətin keyfiyyəti barədə danışmağa dəyməz. Aşağı sürətli internet kanalına 5-10 nəfər qoşularsa ümumiyyətlə istifadə etmək mümkün olmaz. Amma Android ƏS - li telefonlarda bu məsələnə həll etmək üçün xda-developers tərəfindən WifiKill adlanan proqram işlənib hazırlanmışdır. Bu proqram vasitəsi ilə qoşulduğunuz Wifi şəbəkədən digər istifadəçiləri ayırmaqla interneti ancaq özünüz istifadə edə bilərsiniz. İstifadəçilərdə Wifi qoşulma faktiki görsənsə də, internetdən istifadə edə bilməyəcək.

Proqramdan istifadə etmək üçün sizə lazım olacaq:

1. Android 2.1 + ƏS quraşdırılmış və root olunmuş telefon
2. WifiKill proqramı quraşdırırıq (Google bu proqramı marketdə qadağan etdiyinə görə buradan yükləyin)
3. Bundan sonra istənilən Wifi şəbəkəyə qoşulub proqramı işə salırıq. Proqram qoşulduğunuz şəbəkəni araşdırıb hal-hazırda qoşulmuş istifadəçilərin siyahısını çıxardacaq. Siyahını aldıqdan sonra isə bütün istifadəçiləri və ya hər hansı birinin internetini dayandıra bilərsiniz. 
Proqramdan istifadəni daha aydın başa düşmək üçün şəkillərə baxın.








2 şərh.:

Yaxşıdı ki. Android olan nəsə almaq lazımdı)

İşdə test etdim, istifadəçini çox tez blok edir. Kafelərdə əvəzsiz proqramdır.

Post a Comment