Səhifələr

Blogroll

30 October 2011

Əgər ayaqqabı ayağınızı vurursa nə etmək olar?




Məncə hərbirimizin həyatında olub ki, mağazaya gedib bəyəndiyimiz ayaqqabını alırıq amma evə gəlib geyindikdə onun nə qədər narahat və ya dar olduğunu anlayırıq. Əlbəttə ağrılara düzüb, ayaqlarınızı "qurban" verərək dar ayaqqabını geyinmək olar. Bu mövzuda ayaqlarınızı  əziyyətdən qurtarmaq və dar ayaqqabını geşləndirmək üsullarının ən çox yayılmışları barədə məlumat verəcəm.
Ümumiyyətlə yeni ayaqqabıları aldıqdan sonra bütün günü geyinmək düzgün deyil. Bir həftə ərzində hər gün 1 saat geyinməklə ayaqqabını "yumşaldın". Bir həftədən sonra ayaqqabıların əvvəlkinə nisbətən daha rahat olduğunu özünüz də hiss edəcəksiniz.
Ayaqqabınızın arxa hissəsinin ayağınızı vurmamasını istəyirsinizsə həmin hissəni nəm sabunla islatmaq, şamla sürtmək və ya spirt vurmaq olar.

Qəzetlə genişləndirmə. Bunun üçün sizə həddən artıq çox qəzet və su lazım olacaq. Qəzetləri suda isladın, hissələrə ayırıb ayaqqabının içinə mümkün qədər kip doldurun. Qəzetlərin çoxluğu metodun effektivliyinə təsir edir. Ayyaqabı tam dolduqdan sonra bir kənara qoyun və qəzetlərin qurumuğını gözləyin. Süni şəkildə qurutmaq olmaz. Çox gözləmək lazım gəlsə də, heç bir qızdırıcıdan istifadə etmədən qəzetlərin tam qurumasını gözləyin. Qəzetlər quruduqca su buxarlanır və ayaqqabının dərisini yumşaldır. Amma bəziləri bu metodun nəticəsindən razı qalmır. Çünki dəri növündən asılı olaraq nəm itdikdən sonra ayaqqabı daha da darala bilər.

Araq köməyiniz olsun. Arağın tərkibində olan spirt dərini yumşaltdığına görə bu üsulu da effektiv saymaq olar. Araq əvəzinə qatışığı olmayan Spirt də istifadə etmək olar. Bu üsulda ayaqqabının içəri tərəfini spirtlə isladaraq, aayağınıza qalın corab geyinib ayyaqabıda bir müddət gəzin. Spirti ayaqqabının üst tərəfinə vurmaq olmaz. Bu ayaqqabının dərisini korlaya bilər. Unutmayın ki, spirt ayaqqabıdan tam buxarlanmamış onu bayıra geyinməyin. Bu ayaqqabının keyfiyyətinə təsir edə bilər.
Zamşadan və parçadan olan ayaqqabılara spirt təsir etməsə də, əvəzində belə ayaqqabılarda pivədən istifadə edə bilərsiniz.

Soyuducu. Bu üsul digərlərinə nisbətən daha ağrısızdır. Bu üsulda sizə 2 polietilen paket və soyuducunuzun dondurucu kamerası lazım olacaq. Paketləri ayyaqabının içinə yerləşdirin və onları su ilə doldurunb ağzını kip bağlayın ki, su axmasın. Bundan sonra ayaqqabıları dondurucuya qoyub gözləmək lazımdır. Paketlər ayaqqabının formasını alacaq, su isə donduqda genişləndiyindən ayaqqabı da genişlənəcək. 

1 şərh.:

indiki ayaqqabıları soyuducuya qoysan, götürəndə görəssən ayaqqabı çat-çatdı))

Post a Comment