Səhifələr

Blogroll

02 September 2011

Google axtarış operatorlarından istifadə etməklə effektif axtarış.

İnternetdə nə isə axtarmaq istədikdə ilk növbədə ağıla gələn Google.com-dur. Bəzən Google-u  Allahdan sonra ikinci bütün suallara cavab verəbiləcək qüvvə adlandırırlar. Google bəlkə də online aləmin Allahıdır amma kompyuterlər bizim fikirlərimizi oxumağı bacarmayınca axtarışın nəticələri verdiyimiz sualdan asılı olacaq. Bunun üçün isə axtarış operatorlarından istifadə etmək lazımdır. Xəbərin ardında 7 əsas axtarış operatorları ilə tanış olacaqsınız.


Yadda saxlamalı amillər
  • Google-də axtarış verərkən böyük və kiçik hərflər fərq etməz. Yəni Azərbaycan və azərbaycan eynidir.
  • Hər bir söz axtarılır, buna görə axtarış sözləri mümükün qədər az olmalıdır.
  • Bir neçə hal istisna olmaqla durğu işarələri axtarış zamanı nəzərə alınmır


1. AND or +
AND və + operatorları ilə axtarış edilən zaman Google axtarışa verilən hər iki sözün yerləşdiyi bütün səhifələri axtarır. Yəni əgər səhifədə təkcə Azərbaycan sözü varsa həmin səhifə axtarış nəticələrində görsənməyəcək. AND operatorunda bütün hərflər böyük yazılmalıdır. + işarəsindən sonra boşluq qoymaq olmaz. 


2. - (çıx işarəsi)
İşarədən də görsəndiyi kimi bu operatorla axtarış verilən zaman  -(çıx işarəsi) işarəsindən sonra gələn sözlər mövcud  olan səhifələr axtarışda tapılmayacaq. Yəni əgər axtarışa "Google -money" sözləri verilibsə axtarış zamanı Google sözü olan, lakin money sözü olmayan səhifələr tapılacaq. 


3. ~ (Tilda işarəsi) 
Bu işarədən istifadə edərkən Google sizin daxil etdiyiniz sözü və həmçinin onun sinonimləri yerləşən səhifələri axtarır. Bu işarə çoxlu sinonimləri olan sözləri axtarışa verərkən daha yararlıdır. Misal üçün mən ~fight sözünü axtarışa verməyimə baxmayaraq war və boxing sözləri də tapıldı. 
4. OR və ya | 
Böyük hərflə OR və ya şaquli xətt |. Bu operatorla axtarış verən zaman Google axtarışa verilən sözlərdən hər hansının yerləşdiyi səhifələri tapacaq. Şaquli xətdən sonra boşluq qoyulur. 

5. " " (cüt dırnaq işarəsi) 
Axtarış sözləri cüt dırnaq arasında yazılarsa Google axtarışa verilən sözləri eynilə yazıdığı kimi axtaracaq. 
Misal üçün əgər "Dəstəyi qoy yerə" sözlərini axtarışa versəniz cəmi bir nəticə tapılacaq. Amma axtarışı dırnaqsız yazsanız nəticə sayı 100-lərlə olacaq. 
6. * (Ulduz işarəsi)
Ulduz işarəsi o zaman köməyinizə çatar ki, siz cümlənin bir neçə sözünü bilirsiniz və bilmədiyiniz sözü ulduzla əvəz etməklə axtardığınızı tam dəqiqləşdirə bilərsiniz. 
7. .. (iki yanaşı nöqtə)
İki nöqtəni istifadə etdikdə siz iki rəqəm aralığında axtarış edirsiniz. Misal üçün 20 - 50 dollar arası tosterlər. 
Bu zaman axtarış sözü belə olacaq. toster $20..$50

Bunlar ən sadə axtarış operatorlarıdır. Sadə olmaqlarına baxmayaraq sizə kifayət qədər vaxt qənaət etməyə kömək edə bilərlər. Hər halda yadda saxlayın. Bəlkə lazım oldu :)

0 şərh.:

Post a Comment