1. Replikasiya etmək istədiyiniz database yerləşən SQL Server - də Replication bölməsində olan Local Publications altbölməsinin üzərində sağ klik edib New Publication deyin.



3. Next dedikdən sonra açılan pəncərədə Subscriber tərəfin dail olabiləcəyi qovluq qeyd edilir. Bu qovluqda Replikasiya olunan database-in snapshot-ları yerləşəcək

4. Növbəti pəncərədə replikasiya etmək istədiyiniz Database seçin. Bu serverdə yalnız bir database var.

6. Açılan pəncərədə Article list - yəni replika etmək istədiyimiz obyektləri seçirik. Bu obyektlər Table, View, Functions, Stored Procedures ola bilər. Bizim Database test database olduğuna görə yalnız bir neçə table var.
7. Növbəti pəncərədə table fileter-lər təklif olunur. Əgər replika etdiyiniz məlumatı hər - hansı kriteriya üzrə filterləmək istəyirsinizsə əlavə edə bilərsiniz.
8. Next dedikdən sonra çılan pəncərədə Snapshot alınması zamanı qurulur. Biz birinci seçimi seçib qurulum bitən kimi snapshot alınmasını qeyd edirik.

9. Bu pəncərədə istifadəçi adı və şifrələri qeyd edirik. Security Settings düyməsini vurun və birinci bölmədə Snapshot Agent çalışacağı istifadəçi məlumatlarını ikinci bölmədə isə Serverə bağlanacaq istifadəçinin məlumatlarını daxil edin.




11. Next deyib keçirik və açılan pəncərədə Replikasiyaya ad veririk. Finish deyib replikasiyanı yaradırıq. Əgər bir problem görsənməzsə demək replikasiya uğurla yaradılmışdır.




14. Serverə bağlandıqdan sonra həmin serverdə hal - hazırda mövcud olan Publications siyahısını görəcəksiniz. Abunə olmaq istədyiniz replikasiyanı seçib Next deyin.
15. Növbəti pəncərədə Distribution Agent-in hansı serverdə olmasını seçirik. Pull Subscriptions seçsək hər Subscriber Agent-i öz severində işləyəcək. Əks halda bütün Agnet-lər Distributor severdə. Pull Subscriptions seçib Next deyirik.
16. Burada Publisher tərəfdən gələn məlumatların hansl database üzərinə yazılacağını seçirik. Əgər belə bir database yoxdursa New Database deyib yenisini yaradırıq. Database adını və digər məlumatları daxil edib həmin database seçirik.







19. Next deyib növbəti pəncərəyə keçirik və Create the Subsciption seçib yenə Next düyməsini vururuq.

20. Açılan pəncərədə Finish deyib Subsciption yaradırıq. Əgər daxil etdiyiniz məlumatlar düzgündürsə aşağıdakı kimi nəticə alacaqsınız.





Database Administrator
Yusif Yusifov