Səhifələr

Blogroll

09 November 2011

QR kod - Quick response code


QR ingilis dilindən Quick Response (Tez cavab) sözlərinin baş hərflərinin birləşməsindən yaranıb. QR kodun əsas üstünlüyü onun təsvir oxuyan avadanlıqlar və ən əsası mobil telefonun kamerası ilə asanlıqla oxunub tanınmasıdır. Bu isə QR kodun istehsalatda, ticarətdə, logistikada geniş yayılmışdır.
QR kod - 2 ölçülü barkod 1994-cü ildə Yaponiya şirkəti olan "Denso Wave" tərəfindən işlənib hazırlanıb. QR koda ehtiyacın yaranması səbəbi isə barkodlarda şifrənlənmiş informasiya həcminin azlığıdır. Buna görə yaponlar  kiçik həcmli informasiyanın qrafik şəkildə şifrələnməsi yollarını axtarmağa başladılar. Artıq 2000-ci ildə  QR kodları bəzi məhsulların üzrəində görmək olardı.
 1 QR kod üzərində yerləşəbiləcək simvolların sayı:


  • Rəqəmlər - 7089
  • Hərf və rəqəmlər (kiril hərfləri daxil olmaqla) - 4296
  • İkili kod - 2953 bayt
  • Eroqliflər - 1817

QR kodlardan ən çox istifadə edənlər mobil telefon istifadəçiləridir. Müəyyən proqramı yükləməklə istifadəçi istənilən QR kodu telefonun kamerası ilə oxuyub ordakı informasiyanın növündən asılı olaraq telefon kitabçasına əlaqə daxil edə bilər, internet keçidinə bir başa keçə bilər, hər hansı mal haqqında məlumat ala bilər, SMS göndərə bilər və s.
Yaponiyada QR kodlar demək olar ki, bütün malların üzərinə vurulur. Hətta qəbirstanlıqda qəbirlərin üzərində belə ölü haqqında məlumat yerləşdirilmiş QR koda rast gəlmək olar. QR kodlar həmçinin turizmdə də istifadə olunur. Turistik firmalar turistlərin şəhər içində rahat hərəkət etməsini təmin etmək üçün şəhərin əsas küçələrində yerləşdikləri yer barəsində müxtəlif dillərdə QR kodlar yerləşdirirlər.



...Və bu xəbərə bir-başa keçid üçün QR kod.


0 şərh.:

Post a Comment