Səhifələr

Blogroll

10 November 2011

F5plus - Photoshopda smaylik yaradaq (CS2)



Bu tutorialda biz internetdə tez-tez rastlaşdığımız smaylik (gülümcüklərin J) necə yaradıldığını öyrənəcəyik.
İlk addımımızda 500x500 piksel ölüsündə, istənilən fonda yeni bir işçi sahəsi yaradırıq.


Şəkildə göstərildiyi kimi Elliptical Marquee Tool seçmə alətindən istifadə edərək, SHİFT düyməsini saxlamaqla idal dairə yaradırıq.


Seçilmiş sahəni itirmədən Ctrl+Shift+N düymələr kombinasiyasını basaraq yeni qat yaradırıq. Yaradılmış qatı ağ rəngə boyayırıq. Əgər hər şeyi düz etmisinizsə onda hər şey şəkildə görsəndiyi kimi olmalıdır.


\
Əgər alındısı davam edirik. Layer- Layer Stayle-Stroke menyusuna daxil olub, şəkildə göstərilmiş parametrləri əlavə edirik. Qeyd edim ki, bütün bu əməliyyatlar Yeni qat üzərində yerinə yetirilir, yəni Yeni qat aktiv olmalıdır. Aktiv etmək üçün isə sadəcə olaraq üzərində 1 klik edin.



Bütün bu əməliyyatlardan sonra aşağıda gördüyünüz hal alınmalıdır.


Bundan sonra Gradient alətini tətbiq edirik. Layer-Layer Stayle-Gradient Overlay. Əgər tapmasanız Stroke menyusu  göstərilən şəklə baxın J. Aşağıda göstərilən parametrləri daxil edirik. Qeyd edim ki, seçilmiş sahə aktiv qalmalıdır.
Rənglər Soldan sağa doğru   #D8D635 - #FFE617 - #D6AD00



Deməli belə, əgər hər şey yaxşı gedirsə bizim ideal dairəmiz yavaş yavaş  gülümcüyə oxşamağa başlayır. Davam edirik. Bizə tanış olan Ctrl+Shift+N düymələrində istifadə edərək daha bir Yeni qat yaradaraq adını Parilti  qoyuruq. Parilti qatını aktiv edərək Seçmə menyusundan istifadə edərək əvvəlcədən seçdiyimiz dairənin sahəsindən 3-5 piksel kiçik bir dairəni işarə edirik. Bu fikirləşdiyinizdən asand olacaq. Yəqin ki, seçdiyimiz dairə hələ də aktiv qalır. Onu kiçiltmək üçün Select-Modify-Contract menyusundan istifadə edirik. Açılan pəcərəd 3-5 arası rəqəm daxil edin. Bu rəqəm sahənin nə qədər kiçildəcəyimizi göstərir.


Alındı? Onda davam edirik. Alətlər panelindən Fırça alətini (Brush tool) seçərək olçüsünü 35 piksel təyin edirik.


Fırçaya ağ rəng təyin edərək, şəkildə göstərildiyi kimi soldan – sağa bir neçə hərəkət edirik. Bununla biz dairəmizə Parıltı əlavə etmiş oluruq. Son nəticə şəkildəki kimi olmalıdır.


Bundan sonra parıltı qatının şəffaflığını 60% edirik.


Bütün bu çək-çevirdən sonra belə bir şar alınmalıdır. Gözldir, elə deyilmi J. Gəlin daha da gözəlləşdirək.


Alətlər qutusundan Ellipse Tool (U) alətini axtarıb tapırıq və onun köməyi ilə gözləri çəkirik. Tapanlara təbriklər, tapa bilməyənlər isə aşağı baxsınlar.


Fantaziyanızdan və istəklərinizdən asılı olaraq Pen Tool və Convert Point Tool alətlərindən istifadə edərək gülümcüyümüzün gözlərini formaya salaq.





Əgər hər şey istədiyiniz kimi alındısa davam edirik. Layer – Rasterize – Layer – menyusundan istifadə edərək Gözün yerləşdiyi qatı rasterizə edirik və seçirik.



Seçmək üçün Ctrl düyməsi sıxaraq gözün yerləşdiyi qatda klikləyirik. Bizə artıq  tanış olan Gradient Overlay menyusundan istifadə edərək seçimli olan göz qatına Ağ-boz gradienti əlavə edirik. Gradient rənglərini təyin etmək qaydasını artıq bilirsiniz. Gradientdən sonra gözləri daha qabarıq göstərmək üçün Stroke –ni tətbiq edirik. Parametrlər birinci dəfə təyin etdiyimiz Stroke də olduğu kimidir. Nəticə təqribən aşağıdakı kimi olmalıdır.


Artıq sevinmək olar, bizdə nəsə alınır. İndi isə yaratdığımız gözə parıltı verək. Yeni qat yaradırıq. Yaratdığımız qatı aktiv edirik. Ctrl sıxaraq gözün yerləşdiyi qat üzərində klik. Seçilmiş sahəni artıq bildiyimiz qaydada kiçildək. Select – Modify – Contract, qiymətini 3-4 piksel arasında təyin edin. Parıltı verməyi biz artıq öyrənmişik. Brush Tool alətini artıq tanıyırıq. Gözün yuxarı hissəsini şəkldəki kimi ağardırıq, şəffaflıq 70%.


Hər şey deyəsən əla gedir. Davam edək. Bizim 1 gözümüz var. Amma belə yaramaz. Ikincini yaradaq. Bu fikirləşdiyinizdən asand olacaq. Gözün yerləşdiyi qatın dublikatını çıxardaq (Ctrl+J). Yeni qatın yarandığını görəcəksiniz. Bu bizim ikinci gözdür. Amma hələ ki, görsənmir. Bu səhvi düzəldək. Yaranmış yeni qatı aktiv edib Ctrl+T düymələrini sıxırıq və Flip Horizontal əmrini yerinə yetiririk. Bu əmr bizim ikinci gözü üfüqi şəkildə fırladacaq və o bizə lazım olan vəziyyəti alacaq.


Əgər göz tam olaraq öz yerini tutmadısa, məncə özünüz nizamlaya bilərsiniz. Göz iki oldu, amma onun üzərindəki parıltı başqa qatda olduğuna görə ikinci gözümüz parıltısız qaldı. Bunu isə sizə tapşırıram. Gözün dublikatını çıxartdığımız kimi parıltını özünüz edin və yerinə yerləşdirin. Nəticədə belə bir şey alınmalıdır.


İndi isə keçək göz bəbəklərinin, qaşların və ağızın çəkilməsinə. Bu hissəsi bir az çətin olacaq. Çünki Pen Tool-dan istifadə etməli olacayıq. Əgər alınmasa, sadəcə olaraq göz bəbəklərini ağızı dairələrlə göstərək və qara rəngə çevirək. Amma bütün bunları siz özünüz etməli olacaqsınız. Qaşlara, göz bəbəklərinə və ağıza daha gözəl görünüş vermək üçün Bevel and Emboss + Drop Shadow + Inner Shadow + Stroke istifadə edə bilərsiniz. Harada yerləşdikləri haqqında kifayət qədər məlumat vermişəm. Parametrlərlə oynayın, yaxşı nəticə 100% alınacaq. Problem yaranarsa müraciət edin. Kömək həmişə tapacaqsınız. Məndə belə alındı. Bəs sizdə?


0 şərh.:

Post a Comment