Səhifələr

Blogroll

30 August 2011

Windows 7 - də sizi maraqlandıracaq qısayollar.


Windows 7 əməliyyat sistemində işimizi sürətləndirən lakin çox az adamın istifadə etdiyi qısayollar (ShortCuts) barədə məlumatınız var. Bu xəbərin ardında sizin bildiyiniz bəlkə də bilmədiyiniz amma sizə işinizdə lazım ola biləcək qısayollar göstərilib. 

Ctrl+Shift+N - Yeni qovluğun yaradılması.


Bunu məncə izah etməyə dəyməz. Çox tez - tez istifadə olunan qısayoldur. Əgər əvvəl bunun üçün fayl menyusundan yarat altmenyusuna keçmək lazım idisə indi bunu bu üç düymənin kombinasiyası ilə etmək olar.

Shift+fayl üzərində sağ klik -  Genişlənmiş Send To menyusu
Faylın üzərində sağ düyməni klikləyib açılan Send to alt menyusundan bəlkə də az istifadə edirsiniz.
Amma Shift düyməsini sıxmaqla bu menyuya daxil olsanız onun nə qədər geniş olduğunu görmək olar. Bundan sonra bəlkə daha tez - tez istifadə etdiniz. 

Shift + Qovluq üzərində sağ klik - Həmin qovluqda Əmrlər konsolunun açılması
Adi istifadəçiyə nadir hallarda lazım olabiləcək bir qısayol. 

Win + Space - Işçi masanın tez bir şəkildə göstərilməsi. 
Bunu Win + D düymələri ilə də etmək olar. Amma bu halda bütün pəncərələr aşağı enəcək və onları yenidən qaldırmaq lazım gələcək. Bizim halda hissə Windows 7 - nin aero-sundan istifadə edərək sadəcə pəncərələr şəffaflaşır. 

Win + Yuxarı/aşağı/sağa/sola - aktiv pəncərənin sağa/sola/yuxarı/aşağı çəkilməsi
Bu qısayol  da həmçinin çox tez - tez istifadə olunanlardandır.

Win+T - Məsələlər Panelinin (TaskBar) aktivləşdirilməsi.

Shift+Məsələlər Panelində olan proqram üzərində klik - Proqramın yeni pəncərəsinin açılması
Bu sizə nə zaman lazım ola bilər - Deyək ki, siz Chrome - da çox sayda səhifə açmısınız və sizə rahatlıqla tapa biləcəyiniz yeni bir səhifə lazımdır. Bu səhifəni 30+ tab arasında açıb sonra axtarmaqdansa  Chrome-nin yeni pəncərəsində açmaq daha rahat olar. 

Win+B - Sistem panelinə keçid 
Tray-da yerləşən proqramlar, şəbəkə və saatın yerləşdiyi panelə fokuslanmaq üçün istifadə edə bilərsiniz. 

Win+P - Proektor və ya ikinci monitoru birləşdirən menyu.

Win+1, Win+2... - Məsələlər panelində saxlanılmış proqramlara daha tez müraciət üçün
Şəkildə əgər baxsanız Win+1 basmaqla bizdə İnternet Explorer açılacaq, Win + 3 bassaq Media Player və s. 

Win+Pause - Sistem özəlliklərinə daha tez baxmaq üçün 

Ctrl+Shift+Esc - Task Manager - ə bir başa müraciət üçün. 
Əgər XP-də Ctrl+Alt+Del düymələri Task Manager açırdısa, Win 7 əməliyyat sistemində bu düymələr ümumi menyu açır.

0 şərh.:

Post a Comment