Səhifələr

Blogroll

02 December 2011

F5Plus - Photoshop-da dəniz dibi (CS2)

Bu tutorialda sizinlə birlikdə dəniz dibinin təsvirini yaratmaga çalışaq.
1024x768 ölçüdə yeni bir fayl yaradaq və Ctrl+Shif+N düymələri ilə yeni qat yaradaq. Yaratdığımız qatı  yaşıl-göy qarışıqlı rəngə boyayaq. Mən #549190 rəngini seçdim.





D düyməsini sıxaraq rəngləri standart düzümə qaytarırıq. Yeni qat yaradırıq. Yaratdığımız qata Render > Clouds və Sketch>Chrome filtirlərini şəkildə göstərdiyim düzənləmələrlə tətbiq edirik.

Filtirləri tətbiq etdiyimiz qatın görsənmə rejimini Overlay edirik.


Əldə etdiyiniz nəticə ilə mənim göstərdiyim arasında oxşarlıq varsa davam edirik. Yenidən D düyməsini sıxaraq rəngləri standartlara qaytaraq. Yeni bir qat yaradaq (Ctrl+Shif+N). Yaratdağımız qata yenidən Render > Clouds və Stylize > Glowing Edges filtirlərini aşağıdakı parametrlərlə tətbiq edirik.
Həmin qatın görsənmə rejimini Linear Dodge-yə dəyişirik

Əgər bütün bunlar sizdə alındısa davam edək. İlk öncə Layer2 və Layer1 qatlarını birləşdirək, sonra isə Layer3 və Layer1 qatlarını. Bunun üçün Merge Down menyusundan istifadə edək
Davam edək. Layer1 qatının üzərində Ctrl+T düymələrini klikləyib Transformasiya rejiminə keçək, əvvəlcə onu yarıya kimi yuxarı dartaq, sonra isə Prespective rejiminə keçərək kənarlara dartırıq

Dənizi çəkdik, indi isə dəniz dibi ilə məşğul olaq. İlk öncə D düyməsi ilə rəngləri qaytaraq, Ctrl+Shift+N düymələri ilə yeni qat yaradaq. Yaratdığımız qata Render-Clouds və render-Lighting Effects filtirini aşağıdakı parametrlərlə tətbiq edək
Ctrl+U düymələri ilə dəniz dibinin rəngini özünə gətirək
Bu addımda 7-ci addımdakı hərəkətləri təkrar edirik. Amma bu dəfə əməliyyat aşağı istiqamətdə olacaq. Nəticə təxminən belə olmalıdır
Yeni qat yaradaq və dənizimizin ortasından düzbucaqlı sahəni işarə edək. Həmin sahəni tutorialın əvvəlində istifadə etdiyimiz dəniz rənginə boyayaq (#549190). Boyadıqdan sonra Blur-Guassian blur filtirini tətbiq edək (təxminən 8 px). Filteri tətbiq etdikdən sonra transformasiya rejiminə keçib həmin qatı sənət əsərimizin uzunluğu qədər dartırıq. Nəticə belə olmalıdır

D düyməsi ilə rəngləri yerinə qaytaraq. Yeni qat yaradaq. Render-Clouds və Stylize > Glowing Edges filtirlərini aşağıdakı parametrlərlə tətbiq edək

Bundan sonar Blur > Radial Blur filterini tətbiq edək və həmin qatın görsənmə rejimini Color Dodge-yə dəyişirik. 

Transformasiya rejiminə keçək və aşağıda göstərildiyi kimi edək.

Rənglərlə bir az oynadıqdan sonra son nəticəmiz təxmini belə olmalıdır. 

0 şərh.:

Post a Comment