Səhifələr

Blogroll

29 September 2011

F5plus - Photoshop-da muncuq yaradaq



Bu dərsimizdə PhotoShop vasitəsi ilə muncuq yaratmağı öyrənək.
İlk öncə sizə uyğun bir ölçüdə yeni fayl yaradın. Mən 200x200 piksel seçdim. İlk öncə #cfccc6 rəngini əsas rəng təyin edirik. Alətlər panelindən Ellipse tool alətini seçərək Shift düyməsini saxlamaqla ideal dairə yaradırıq.


Yaratdığımız dairənin yerləşdiyi qatın üzərində sağ düyməni sıxaq və açılan kontekst menyudan Blending Options – İnner Shadow. Və aşağıda göstərilmiş parametrləri daxil edin.


Hələ Ok düyməsini sıxmayın. Ardınca İnner Glow bölməsinə keçək və bu parametrləri daxil edək.





İndi isə üzünüzdə təbəssümlə Ok düyməsini sıxa bilərsiniz J Tutorialın bu hissəsi bitdi. Bundan sonra bütün işlərimiz demək olar ki, Brush aləti ilə olacaq. Ctrl+Shift+N düymələrinin köməyi ilə yeni qat yaradırıq. Brush alətini Alətlər panelindən tapıb seçirik. Əsas rəngimizi 9c9382 təyin edirik. Muncuğun ölçüsündən asılı olaraq fırçanın ölçüsünü təyin edirik. Fırçanın sıxlığı 0% olmalıdır. Təxminən aşağıdakı formanı almağa çalışın.




Yenidən fırça alıtindən istifadə edək. Nizamlamalar eyni olacaq, yalnız fırçamızın ölçüsü əvvəlkindən kiçik olmalıdır. Bu dəfə əsas rəngimiz ağ rəng olacaq. Yeni qat yaradaq(Ctrl+Shif+N). Əvvəlki ləkənin üstündən şəkildə göstərdiyim kimi bir neçə dəfə klikləyək.


Bir dənə də Yeni qat yaradaq və bu addımdan əvvəl qoyduğumuz parıltının yanından kiçik bir nöqtə qoyaq.


Parıltılar və ləkə olan qatlarımıza Filter-Blur-Motion Blur filterini aşağıdakı parametrlərlə tətbiq edək.






 Hər şey demək olar ki, hazırdır. Muncuğun daha da gözəl görsənməsi üçün kölgə əlavə edək. Bunu üçün əsas rəngimiz qara seçirik. Qısa yolla bunu D düyməsini sıxmaqla əldə etmək olar. Parametrlər əvvəlki kimi qalacaq. Fırçanın ölçüsü isə muncuğun ölçüsündən asılı olacaq. Yeni qat yaradaq və onu bütün qatlardan aşağı, Background qatından yuxarı yerləşdiririk. Kölgəni çəkdikdən sonra Kölgə yerləşən qatın şəffaflığını 20-30% arası təyin edirik.


Və budur bizim muncuq hazırdır. Fantaziyanızdan istifadə edərək müxtəlif variantlar ala bilərsiniz.
Uğurlar.





1 şərh.:

Photoshopa başlamaq üçün çox sadə dərslikdir. Təşəkkürlər.
P.S Kaş burda tşəkkür və ya like düyməsi olaydı.

Post a Comment