SQL Server 2005 versiyası qurulduğu zaman lokal administrator qrupu avtomatik olaraq sysadmin roluna əlavə edilirdi. SQL Server 2008 - dən başlayaraq qurulum zamanı əgər aşağıdakı şəkilgə göstərilmiş Add Current User düyməsi vurulmazsa və SA şifrəsi təyin edilməzsə yüklənmiş serverdə heç bir istifadəçinin admin yetkisi olmyacaq. Siz ancaq SQL serverin servislərini dayandırıb - işə sala biləcəksiniz.
Bu halda aşağıdakı addımları etməklə lokal administrator yetkisi olan hər hansı istifadəçini SQL Server sysadmin roluna əlavə edə bilərsiniz. Aşağıdakı şəkildə gördüyünüz kimi MSSQL istifadəçisinin MSSQLSUPPORT instance-na qoşulmaq üçün yetkisi yoxdur.
CMD (Command Line) proqramını Start menyusunda axtarıb, üzərində sağ klik edib Run as Administrator seçərək Administrator kimi açırıq.
SQL Server servisinin adını öyrənmək üçün Start menyusunda services yazıb göstərilən addımları edin.
Service Name qarşısında qırmızı ilə işarələnən Sql Server service adıdır. Bu adı kopyalayın və ya yadda saxlayın. Növbəti addımda CMD-yə qayıdın və aşağıdakı şəkildəki komandaları ardıcıl RUN edin.
Bu komanda ilə SQL Server servisini stop edirik.
net stop [SQL Server service name]
Bu komanda ilə isə SINGLE USER modunda açırıq. Bu modda serverə yalnız bir qoşulma ola bilər.
net start [SQL Server service name] /m
Növbəti addımda aşağıdakı komandanı öz məlumatlarınızla dəyişərək CMD-də run edin.
osql -E -S .\InstanceName -Q "EXEC sp_addsrvrolemember 'Domain\User', 'sysadmin' "
Sonra isə SQL Server servisini söndürüb yenidən normal modda açarq.

Bu komanda ilə isə normal modda açırıq.
net start [SQL Server service name]
Bu əməliyyatlardan sonra SQL Serverə yuxarıda əlavə etdiyiniz lokal Administrator istifadəçisi ilə login ola bilərsiniz.

0 şərh.:
Post a Comment