Bu dərsimizdə
PhotoShop vasitəsi ilə muncuq yaratmağı öyrənək.
İlk
öncə sizə uyğun bir ölçüdə yeni fayl yaradın. Mən 200x200 piksel seçdim. İlk
öncə #cfccc6 rəngini əsas rəng təyin edirik. Alətlər panelindən Ellipse tool alətini
seçərək Shift düyməsini saxlamaqla ideal dairə yaradırıq.
Yaratdığımız
dairənin yerləşdiyi qatın üzərində sağ düyməni sıxaq və açılan kontekst
menyudan Blending Options – İnner Shadow. Və aşağıda göstərilmiş parametrləri
daxil edin.
Hələ
Ok düyməsini sıxmayın. Ardınca İnner Glow bölməsinə keçək və bu parametrləri
daxil edək.
İndi
isə üzünüzdə təbəssümlə Ok düyməsini sıxa bilərsiniz J Tutorialın bu hissəsi bitdi. Bundan sonra
bütün işlərimiz demək olar ki, Brush aləti ilə olacaq. Ctrl+Shift+N düymələrinin
köməyi ilə yeni qat yaradırıq. Brush alətini Alətlər panelindən tapıb seçirik.
Əsas rəngimizi 9c9382 təyin edirik. Muncuğun ölçüsündən asılı olaraq fırçanın
ölçüsünü təyin edirik. Fırçanın sıxlığı 0% olmalıdır. Təxminən aşağıdakı
formanı almağa çalışın.
Yenidən
fırça alıtindən istifadə edək. Nizamlamalar eyni olacaq, yalnız fırçamızın
ölçüsü əvvəlkindən kiçik olmalıdır. Bu dəfə əsas rəngimiz ağ rəng olacaq. Yeni
qat yaradaq(Ctrl+Shif+N). Əvvəlki ləkənin üstündən şəkildə göstərdiyim kimi bir
neçə dəfə klikləyək.
Bir dənə
də Yeni qat yaradaq və bu addımdan əvvəl qoyduğumuz parıltının yanından kiçik
bir nöqtə qoyaq.
Parıltılar
və ləkə olan qatlarımıza Filter-Blur-Motion Blur filterini aşağıdakı parametrlərlə
tətbiq edək.
Və
budur bizim muncuq hazırdır. Fantaziyanızdan istifadə edərək müxtəlif
variantlar ala bilərsiniz.
Uğurlar.
1 şərh.:
Photoshopa başlamaq üçün çox sadə dərslikdir. Təşəkkürlər.
P.S Kaş burda tşəkkür və ya like düyməsi olaydı.
Post a Comment