- Kofe bişirməzdən əvvəl ona əlavə olunmuş bir neçə duz dənəsi onun ətrini daha da arıtır.
- Əgər şüşə stəkanları və ya şüşələri duzlu su ilə yusanız, sonra isə soyuq su ilə yaxalasanız onlar daha şəffaf və parıltılı olarlar
- Dibi çox möhkəm yanmış qazanın və ya tavanın içinə qalın duz qatı töküb 1-2 saat saxlasanız onu təmizləmək daha asan olar
- Əgər paltarınıza yağ düşübsə və əlinizin altında ləkə aparan heç nə yoxdursa sadəcə yağın üzərinə duz töküb yavaşca silin. Sonra isə ləkə itənədək duzu dəyişin.
- Mətbəx sobasının üzərində olan yağ ləkələrini təmizləmək üçün isti sobanın üzərinə çox miqdarda duz töküb qəzet parçası ilə silmək olar
- İpək və satin-dən olan paltarların öz parıltısını daha çox saxlaması üçün onları duzlu soyuq suda (5 litr suya 125 qr. duz) yaxalayın
- Nəm odunun daha tez yanması üçün üzərinə yanacaq yox adi xörək duzu tökmək kifayət edər
0 şərh.:
Post a Comment