MS SQL SERVER-də olan Database-lərə müdaxiləni (İNSERT, UPDATE, DELETE, SELECT, EXECUTE və s. ) nəzarətdə saxlamaq üçün aşağıdakı addımları ardıcıl keçərək serverinizdə Audit aktiv edə bilərsiniz.
1. SQL SERVER-də Security bölməsinə keçin və Audit altbölməsinin üzərində sağ klikləyərək New Audit seçin.
2. Açılan pəncərədə Audit adını, Auditin hara və necə yazılacağını (bizim halda local diskimizdə file-a yazacağıq), audit faylının yerləşdiyi qovluğu, faylların maksimum sayını (limit qoyulmazsa diski doldura bilər), faylın maksimum ölçüsünü (kiçik ölçülü faylları idarə etmək daha asandır) daxil edib OK düyməsini sıxın
3. Bundan sonra yaratdığınız Audit (www.mssqlsupport.net) üzərində sağ klik edib Enable seçin.
4. Növbəti addımda Audit etmək istədiyiniz Database seçib, Security alt bölməsindən Database Audit Specification üzərində sağ klik edib New Database Audit Specification seçirik.
5. Açılan pəncərədə olan xanaları aşağıdakı şəkildəki kimi doldurun. Audit Action Type - Audit edəcəyimiz əməliyyatlar. Biz yalnız Delte, İnsert, Select və Update-ləri izləmək istəyirik. Object Class - DATABASE. Yalnız seçəcəyimiz database audit olunacaq. Object Name - Audit edəcəyimiz database adını seçin. Principal Name - public. Public daxil etdikdə bütün istifadəçilərdən gələn sorğular qeyd ediləcək. Məlumatlar daxil edildikdən sonra OK düyməsini sıxıb yadda saxlayın. Yaratdığımız Audit Specification-nu Enable edək. Audit hazırdır və işə düşdü.
6. Yaratdığımız Auditi test etmək üçün yaratdığımız Test Datatabase üzərində select insert əməliyyatları edək və nəticəni aşağıdakı sorğu ilə yoxlayaq.
[code language="sql"]
SELECT event_time
,action_id,statement
,database_name
,server_principal_name
FROM fn_get_audit_file( 'D:\AUDIT\*.sqlaudit', default, default) order by event_time desc
[/code]
Database Administrator
Yusif Yusifov
0 şərh.:
Post a Comment