Aşağıdakı addımları ardıcıllıqla edərək SSMS vasitəsi ilə SQL SERVER Database mail konfiqurasiyasını edə bilərsiniz.
1. Microsoft SQL Server Management Studio (SSMS) açıb Management bölməsinə keçin.
2. Açılan menyuda Database mail üzərində sağ klik edib aşağıdakı şəkildə göstərildiyi kimi Configure Database Mail seçin.
3. İlk informativ pəncərədə next düyməsini basaraq növbəti pəncərəyə keçin. Əgər bu serverdə mail ilk dəfə konfiqurasiya olunursa ilk seçimi yəni Set up Database Mail by performing the following tasks seçin. Yox əgər bu serverdə mail daha əvvəl konfiqurasiya edilibsə ikinci seçimdən istifadə edib mövcud mail parametrləri üzərində dəyişiklik edin.
4. Açılan pəncərədə Profil adını və bu profil haqqında məlumatı Description xanasına daxil edin. Add düyməsini ilə mail parametrlərini daxil edək. Bu konfiqurasiyada biz anonim autenfikasiyadan istifadə edəcəyik. Digər hallar üçün fərqli parametrlər daxil edilməlidir.
5. Növbəti pəncərələrdə dəyişiklik etməyərək Next düyməsi ilə keçirik. Mail Profili yaradıldıqdan sonra test etmək üçün Management - Database Mail üzərində sağ klik edib Send Test Email seçirik. Test göndərmək istədiyimiz email ünvanı daxil edib Send Test E-mail düyməsini sıxırıq. Əgər email ünvanına çatdısa deməli SQL Server Database Mail konfiqurasiyası üğurla sonra çatdı.
Yusif Yusifov
Database Administrator
0 şərh.:
Post a Comment