Bu
dərs sizə bir neçə çox asand addımdan sonra şəkil küncünün əyilməsi effektini
necə etməyi öyrədəcək. İstifadə edəcəyimiz əsas element Warp komandası olacaq.
İlk dəfə istifadə edənlər üçün çox maraqlı olacaq. Qeyd edim ki, Warp komandası
yalnız Photoshope CS2 – dən başlayaraq transformasiya menyusuna əlavə edilib.
Köhnə versiya Photoshop istifadə edənlər du dərsdən yan keçsinlər.
Başlayaq.
Effekt tətbiq ediləcək şəkli açın.
Əgər
bizim Layers (Qatlar) panelinə baxsaq açdığımız şəklin sağ tərəfində kiçik
qıfıl işarəsini görərik. Bu o deməkdir ki, bu qat üzərində edəcəyimiz
əməliyyatlar məhdud saydadır.
Bu
isə bizi qane etmir. Bunu düzəltmək üçün qıfılın üzərində cütklik edin. Artıq
hər şey bizim istədiyimiz kimidir və işə başlaya bilərik.
Alətlər
panelindən Rectangular Marquee Tool alətini tapıb seçirik.
Bu
alətdən istifadə edərək şəklin əymək istədiyimiz küncühdə düzbucaqlı sahə
seçirik.
Alətlər
panelindən Gradient Tool alətini tapıb Ağ – Qara rəngli qradienti düzbucaqlının
sağ yuxarı küncündən sol aşağı küncünə tətbiq edirik. Nəticə belə olmalıdır.
Alındı?
Alındısa davam edək. Ctrl+D düymələrini sıxaraq seçilmiş sahəni ləğv edək.
Ctrl+T düymələri ilə transformasiya rejiminə keçək. Açılan menyudan Warp əmrini
seçək.
Gördüyünüz
kimi şəklimiz düzbucaqlılara bölündü və bizim Gradient tətbiq etdiyimiz sahə də
onlardan birinin daxilindədir. Şəklin kənarlarında kiçik kvadratlar dayaq
nöqtələridir. Gəlin sol aşağı küncdə olan dayaq nöqtəsini şəklin ortası
istiqamətində dartıb nəticəyə baxaq.
Əgər
hər şey əladırsa Enter düyməsini sıxaraq davam edək. Küncü qatladıq. Gəlin
effektimizə bir az da reallıq əlavə edək. Bunun üçün Ctrl+Shift+N düymələrini
sıxaraq Yeni qat yaradaq. Yeni qat avtomatik olaraq bizim əsas qatdan yuxarıda
yaranır. Bu isə bizi qane etmir. Mausun sol düyməsini Yeni qatın üzərində sıxıb
əsas qatdan aşağı atırıq.
Yeni
qatı aktiv edərək ağ rəngə boyayırıq. Sonra isə yenidən Esas qatı aktiv edərək
Layer – Layer Stayle – Drop Shadow
menyusuna daxil
oluruq. Aşağıdakı parametrləri daxil edərək belə bir nəticə alırıq.
Məndə
belə alındı, bəs sizdə necə?
0 şərh.:
Post a Comment