Photoshop-da bir neçə sadə əməliyyatdan sonra yuxarıdakı şəkildə gördüyünüz effekti almaq üçün mövzunun ardını oxuyun. Hər bir addım şəkillərlə göstərilmişdir. Şəkillərə böyük ölçüdə baxmaq üçün üzərində klik edin.
600x800 piksel ölçüsündə yeni bir fayl yaradın və qara rəngə boyayın. Yeni qat yaradıb sərt fırça ilə istədiyiniz formada ağ rəngli bir xətt cızın.
Şəkillərdə göstərilmiş parametrləri daxil edin və OK düyməsini klikləyin.
Bundan sonra cızdığımız xətt yerləşən qat üzərində Ctrl+A düymələrini klik edib Del düyməsini sıxın. Bu əməliyyat çəkdiyimiz elementi siləcək. Amma şəffaf qat və daxil etdiyimiz parametrlər həmin qatda aktiv qaldığına görə bu qatda çəkdiyimiz hər bir element alov effektli olacaq. Nümunə üçün aşağıdakə şəklə baxın və ya özünüz yoxlayın.
Bundan sonra alovlu etmək istədiyimiz rəsmi seçərək (şəklin fonu mütləq ağ rəngdə olmalıdır. Çünki ağ rəng fırça yaradıldıqda şəffaflaşır. ) Mən bu şəkli seçdim.
Seçdiyimiz şəkli photoshopda açıb Edit - Define Brush Preset menyusuna daxil olaraq fırçamıza istədiyimiz adı veririk.
Yenidən əvvəlki fayla qayıdaraq fırça alətini seçərək, mövcud fırçalar içindən bir az əvvəl yaratdığəmız fırçanı seçirik.
Tutorialın əvvəlində yaratdığımız qatın üzərində bir dəfə klik etdib nəticəyə baxırıq.
Tutorial Demiart.ru səhifəsindən azərbaycan dilinə tərcümə olunmuşdur.
0 şərh.:
Post a Comment