Bu
günkü dərsimizdə sadə amma çox maraqlı effekt olan Stop Kadr effektini
yaratmağa çalışaq.
Başlayaq.
400x400 piksel ölçüsündə yeni bir fayl yaradaq. Yeni qat yaradaq,yaratdığımız qatın
mərkəzində Rectangular Marquee Tool
vasitəsi ilə düzbucaqlı sahə işarə edək və qara rəngə boyayaq. Ctrl+D, seçimi
yığışdıraq, yenidən Rectangular Marquee Tool və əvvəl işarə etdiyimiz sahədən
bir az kiçik sahəni işarə edək.
Seçilmiş
sahə aktiv qaldığı halda qara düzbucaqlı olan qatımızı aktiv edirik və Delete
düyməsini sıxırıq. Nəticəmiz.
Ctrl+D
sıxaq, seçilmiş sahəni yığışdıraq. Yeni qat yaradaq. “X” düyməsini sıxaq ki,
əsas rəngimiz ağ rəng olsun. Alətlər panelindən Rounded
Rectangle Tool alətini seçib aşağıdakı parametrləri daxil edək.
Parametrlər daxil edldikdən sonra, Yeni qatımızı aktiv edərək aşağıda
göstərildiyi kimi fiqur əlavə edək.
Move Tool alətini seçib, Shift+Alt düymələrini saxlamaqla çəkdiyimiz
fiqurun üzərində sol düyməni sıxıb saxlamaqla kənara çəkək və bununlada əvvəlki
fiqurun dublikatını yeni qatda yaratmış olururq. Nəticəmiz belə alınmalıdır.
Əgər alındısa davam edək və kadrın sonunadək bu əməliyatı yerinə
yetirək. Kadrın sonuna çatdıqda seçimi götürmək üçün Ctrl+D düymələrini sıxın
və yaratdığımız bütün qatları birləşdirin. Bunu üçün Arxa fon və çərçivəmizin
yerləşdiyi qatı gizlədək (sol tərəfdəki göz işarəsinə klikləyin). Sonra isə
Görünün qatlarımızın hər hansı birinin üzərində sağ düyməni sıxın və açılan
kontekest menyuda Merge Visible əmrini seçin. Birləşdirdikdən sonra yenidən
qatlarımızı görünən edək.
Kadrımızın yuxarı hissəsini düzəltdik, aşağı hissəsi nisbətən asand
olacaq. Bunun üçün Ctrl düyməsini saxlamaqla birləşdirdiyimiz qat üzərində klik
edək. Əvvəl etdiyimiz kimi Shift+Alt Move Tool alətinin köməyi ilə dartıb
aşağıda yerləşdiririk.
Hər şey demək olar ki, hazırdır. Sonuncu addım üçün bir şəkil seçək. Mən
bunu seçdim.
Yeni qat əlavə edək və şəkli ora gətirək. Məncə bunu necə etməyi
bilirsiniz. Yaratdığımız və üzərində şəkil olan qatı Arxa fon və çarçivə
arasında yerləşdirək. Ctrl+T düymələri ilə Free Transform rejiminə keçək.
Şəklimizi kadra uyğunlaşdıraq. Kənarlardan artıq qalsa da olar. Əsas məsələ
şəklin formasını zədələməyin. Şəkli formaya saldıqdan sonra dərsin
başlanğıcında yadda saxladığımız və mənim sizə yerini göstərdiyim seçimi aktiv
edək. Bunun üçün Ctrl düyməsini sıxaraq üzərində klik edək. Seçilmiş sahə aktiv
olduqdan sonra Select – İnverse əmrini tətbiq edək və seçilmiş sahəni əksinə
çevirək. Şəkil yerləşən qatı aktiv edərək Delete deyməsini sıxaq. Hər şey
alındısa təbrik edirəm. Hər hansı problem yaransa suallarınız cavabsız
qalmayacaq.
Uğurlar.
0 şərh.:
Post a Comment