Bu tutorialda biz internetdə tez-tez rastlaşdığımız smaylik (gülümcüklərin J) necə yaradıldığını öyrənəcəyik.
İlk addımımızda 500x500 piksel ölüsündə,
istənilən fonda yeni bir işçi sahəsi yaradırıq.
Şəkildə
göstərildiyi kimi Elliptical Marquee Tool seçmə alətindən istifadə edərək,
SHİFT düyməsini saxlamaqla idal dairə yaradırıq.
Seçilmiş sahəni
itirmədən Ctrl+Shift+N düymələr kombinasiyasını basaraq yeni qat yaradırıq. Yaradılmış
qatı ağ rəngə boyayırıq. Əgər hər şeyi düz etmisinizsə onda hər şey şəkildə
görsəndiyi kimi olmalıdır.
Əgər alındısı
davam edirik. Layer- Layer Stayle-Stroke menyusuna daxil olub, şəkildə
göstərilmiş parametrləri əlavə edirik. Qeyd edim ki, bütün bu əməliyyatlar Yeni
qat üzərində yerinə yetirilir, yəni Yeni qat aktiv olmalıdır. Aktiv etmək üçün
isə sadəcə olaraq üzərində 1 klik edin.
Bütün bu
əməliyyatlardan sonra aşağıda gördüyünüz hal alınmalıdır.
Bundan sonra
Gradient alətini tətbiq edirik. Layer-Layer Stayle-Gradient Overlay. Əgər
tapmasanız Stroke menyusu göstərilən
şəklə baxın J.
Aşağıda göstərilən parametrləri daxil edirik. Qeyd edim ki, seçilmiş sahə aktiv
qalmalıdır.
Rənglər Soldan
sağa doğru #D8D635 - #FFE617 - #D6AD00
Deməli belə, əgər
hər şey yaxşı gedirsə bizim ideal dairəmiz yavaş yavaş gülümcüyə oxşamağa başlayır. Davam edirik.
Bizə tanış olan Ctrl+Shift+N düymələrində istifadə edərək daha bir Yeni qat
yaradaraq adını Parilti qoyuruq. Parilti
qatını aktiv edərək Seçmə menyusundan istifadə edərək əvvəlcədən seçdiyimiz
dairənin sahəsindən 3-5 piksel kiçik bir dairəni işarə edirik. Bu
fikirləşdiyinizdən asand olacaq. Yəqin ki, seçdiyimiz dairə hələ də aktiv
qalır. Onu kiçiltmək üçün Select-Modify-Contract menyusundan istifadə edirik. Açılan
pəcərəd 3-5 arası rəqəm daxil edin. Bu rəqəm sahənin nə qədər kiçildəcəyimizi
göstərir.
Alındı? Onda davam
edirik. Alətlər panelindən Fırça alətini (Brush tool) seçərək olçüsünü 35
piksel təyin edirik.
Fırçaya ağ rəng
təyin edərək, şəkildə göstərildiyi kimi soldan – sağa bir neçə hərəkət edirik. Bununla
biz dairəmizə Parıltı əlavə etmiş oluruq. Son nəticə şəkildəki kimi olmalıdır.
Bundan sonra
parıltı qatının şəffaflığını 60% edirik.
Bütün bu
çək-çevirdən sonra belə bir şar alınmalıdır. Gözldir, elə deyilmi J.
Gəlin daha da gözəlləşdirək.
Alətlər qutusundan
Ellipse Tool (U) alətini axtarıb tapırıq və onun köməyi ilə gözləri çəkirik. Tapanlara
təbriklər, tapa bilməyənlər isə aşağı baxsınlar.
Fantaziyanızdan və
istəklərinizdən asılı olaraq Pen Tool və Convert Point Tool alətlərindən istifadə
edərək gülümcüyümüzün gözlərini formaya salaq.
Əgər hər şey
istədiyiniz kimi alındısa davam edirik. Layer – Rasterize – Layer – menyusundan
istifadə edərək Gözün yerləşdiyi qatı rasterizə edirik və seçirik.
Seçmək üçün Ctrl
düyməsi sıxaraq gözün yerləşdiyi qatda klikləyirik. Bizə artıq tanış olan Gradient Overlay menyusundan
istifadə edərək seçimli olan göz qatına Ağ-boz gradienti əlavə edirik. Gradient
rənglərini təyin etmək qaydasını artıq bilirsiniz. Gradientdən sonra gözləri
daha qabarıq göstərmək üçün Stroke –ni tətbiq edirik. Parametrlər birinci dəfə
təyin etdiyimiz Stroke də olduğu kimidir. Nəticə təqribən aşağıdakı kimi
olmalıdır.
Artıq sevinmək
olar, bizdə nəsə alınır. İndi isə yaratdığımız gözə parıltı verək. Yeni qat
yaradırıq. Yaratdığımız qatı aktiv edirik. Ctrl sıxaraq gözün yerləşdiyi qat
üzərində klik. Seçilmiş sahəni artıq bildiyimiz qaydada kiçildək. Select –
Modify – Contract, qiymətini 3-4 piksel arasında təyin edin. Parıltı verməyi
biz artıq öyrənmişik. Brush Tool alətini artıq tanıyırıq. Gözün yuxarı
hissəsini şəkldəki kimi ağardırıq, şəffaflıq 70%.
Hər şey deyəsən
əla gedir. Davam edək. Bizim 1 gözümüz var. Amma belə yaramaz. Ikincini
yaradaq. Bu fikirləşdiyinizdən asand olacaq. Gözün yerləşdiyi qatın dublikatını
çıxardaq (Ctrl+J). Yeni qatın yarandığını görəcəksiniz. Bu bizim ikinci gözdür.
Amma hələ ki, görsənmir. Bu səhvi düzəldək. Yaranmış yeni qatı aktiv edib
Ctrl+T düymələrini sıxırıq və Flip Horizontal əmrini yerinə yetiririk. Bu əmr
bizim ikinci gözü üfüqi şəkildə fırladacaq və o bizə lazım olan vəziyyəti
alacaq.
Əgər göz tam
olaraq öz yerini tutmadısa, məncə özünüz nizamlaya bilərsiniz. Göz iki oldu,
amma onun üzərindəki parıltı başqa qatda olduğuna görə ikinci gözümüz
parıltısız qaldı. Bunu isə sizə tapşırıram. Gözün dublikatını çıxartdığımız
kimi parıltını özünüz edin və yerinə yerləşdirin. Nəticədə belə bir şey
alınmalıdır.
İndi isə keçək göz
bəbəklərinin, qaşların və ağızın çəkilməsinə. Bu hissəsi bir az çətin olacaq.
Çünki Pen Tool-dan istifadə etməli olacayıq. Əgər alınmasa, sadəcə olaraq göz
bəbəklərini ağızı dairələrlə göstərək və qara rəngə çevirək. Amma bütün bunları
siz özünüz etməli olacaqsınız. Qaşlara, göz bəbəklərinə və ağıza daha gözəl görünüş
vermək üçün Bevel and Emboss + Drop Shadow + Inner Shadow + Stroke istifadə edə
bilərsiniz. Harada yerləşdikləri haqqında kifayət qədər məlumat vermişəm.
Parametrlərlə oynayın, yaxşı nəticə 100% alınacaq. Problem yaranarsa müraciət
edin. Kömək həmişə tapacaqsınız. Məndə belə alındı. Bəs sizdə?
0 şərh.:
Post a Comment