Bu
dərs sizə cinsindən asılı olmayaraq hər kəs üçün bığın yaraşıb yaraşmadığını
öyrənməyə kömək edəcək. Təcrübə obyektimizi seçirik.
Q
düyməsini sıxmaqla obyektimizə Maska əlavə edirik. Maskanın nə olduğunu iş
müddətində başa düşəcəksiniz. Maska əlavə edildikdə heç bir dəyişiklik olmayaq,
buna görə tələsib Q düyməsini bir daha sıxmaq lazım deyil. Çünki ikinci dəfə
siz artıq Maska rejimindən çıxmış olacaqsınız.
Maska
əlavə olunduqdan sonra Filter – Render – Fibers menyusuna daxil olun. Keçmiş
dərslərimizdə Filter menyusu barədə danışmışdıq. Açılan pəncərədə aşağıdakı
parametrləri daxil edin.
İndi
isə Q düyməsini yenidən sıxıb Maska rejimindən çıxaq. Nəticədə belə bir
vəziyyət alınmalıdır.
Alındısa
davam edək. Ctrl+Shift+N düymələrinin köməyi ilə Yeni qat yaradıb aktiv edək və
qara rəngə boyayaq. Ctrl+D düymələrini sıxaraq seçilmiş sahədən imtina edək.
Alətlər panelindən Rectanqular Marquee Tool alətini seçib şəkldə görsəndiyi
kimi bir sahə seçin, Shif+Ctrl+İ düymələr kombinasiyasının köməyi ilə seçilmiş
sahəni əksinə çevirin və Delete düyməsini sıxın. Bütün bu əməliyyatlardan sonra
belə bir vəziyyət alınmalıdır.
Bığı
formaya saldıqdan sonra əlavələr edək. Bığımızın yerləşdiyi qatın üzərində iki
klik edib açılan pəncərədə aşağıdakı parametrləri daxil edək.
Layer
– layer Style – Create Layer əmrini yerinə yetirək. Qatların sayının
artıdığının şahidi olacaqsınız. Əsas şəklimizin yerləşdiyi qatdan başqa bütün
qatları işarə edib Merge Layers əmri ilə birləşdiririk.
Qatları
birləşdirdikdən sonra Vector Mask tətbiq edirik.
0 şərh.:
Post a Comment