- CTRL+N: Yeni pəncərə açır
- CTRL+T: Yeni Tab açır
- CTRL+W: Aktiv tabı bağlayır
- CTRL+Shift+N: Şəxsi (incognito) rejimində yeni pəncərə açır
- CTRL+O, fayl üzərində klik Kompüterimizdə seçilmiş faylı Chrome-da açır
- CTRL düyməsini saxlayıb keçid üzərində klik (və ya mouse-nin mərkəzi düyməsi): Keçidi yeni tabda açır
- CTRL+Shift düymələrini saxla və keçid üzərində klik: Keçidi yeni tabda açır və onu aktivləşdirir
- CTRL+Shift +T: Son bağladığınız tabı yenidən açır. 10 taba qədər.
- CTRL +1 - dən CTRL+8 - dək: Sıra sayına görə tablara keçid
- CTRL +9: Sonuncu taba keçid
- CTRL+Tab: Növbəti taba keçid
- Ctrl+Shift+Tab: Əvvəlki taba keçid
- CTRL+Shift+B: Seçilmiş səhifələr panelini göstərir/gizlədir
- CTRL+H: Baxılmış səhifələrin tarixçəsini göstərir
- CTRL +Shift+J: Tərtibatçı alətlərini göstərir
- F1: Kömək mərkəzini yeni tabda açır
Ünvan sətri ilə əlaqəli qısayollar
- CTRL+Enter: Ünvan sətrinə daxil edilmiş sözün əvvəlinə WWW sonuna isə com artırır
- CTRL+K və ya CTRL+E: Ünvan sətrinə ? işarəsi ələvə edir (mənasızdır?)
Açılmış səhifə ilə əlaqəli qısayollar
- CTRL+F5 və ya Shift +F5: Aktiv tabı keşi nəzərə almadan yeniləyir
- CTRL +Shift+D: Aktiv tabın seçilmişlərə əlavə edir
- CTRL+U: Aktiv tabın kod hissəsini yeni tabda açır
- CTRL+0: Pəncərənin masştabını öz normal vəziyyətinə qaytarır
Digər qısayollar
Açılan baxılmış səhifələr tarixçəsindən hər hansı səhifəni silmək üçün həmin səhifə üzərində dayanın və Shift +Delete düymələrini sıxın.
Bu Chrome -da istifadə edə biləcəyiniz qısayolların sadəcə bir hissəsidir. Tam siyahı ilə tanış olmaq üçün bu keçiddən istifadə edin.
0 şərh.:
Post a Comment