MongoDB cross-platform, ödəniş tələb etməyən,
sənəd-yönümlü(document-oriented) məlumatlar bazası proqramıdır. NoSQL database
kimi klassifikasiya edilir. Open source proektdir və kodu GNU AGPLv3
lisenziyası ilə yayımlanır (https://github.com/mongodb/mongo). MongoDB kodu əsasən
C++ və JavaScript üzərində yazlmışdır.
MongoDB
sharding və məlumatların replikasiyası özəlliyinə görə çox müxtəlif sahələrdə
istifadəsi mümkündür.
Bu məqalənin
mövzusu MongoDB – nin qurulması və start edilməsi olduğuna görə onun
arxitekturası və ya istifadə sahələri barədə danışılmayacaq.
Bu məqalədə
YUM repozitoriyasından istifadə edərək MongoDB paketlərinin qurulmasına
baxacağıq.
Yum
repozitoriyasından qurulum edə bilmək üçün öncə repo faylını yaratmalıyıq. /etc/yum.repos.d
folderində .repo sonluqlu yeni bir fayl yaradırıq və aşağıdakı məlumatları əlavə
edirik.
[mongodb36]
name=MongoDB Repository
baseurl=https://repo.mongodb.org/yum/redhat/$releasever/mongodb-org/3.6/x86_64/
gpgcheck=1
enabled=1
gpgkey=https://www.mongodb.org/static/pgp/server-3.6.asc
Digər
Linux distro-ları və ya MongoDB-nin əvvəlki versiyalarını qurmaq istəyirsinizsə
aşağıdakı linkdən istifadə edərək sizə uyğun repo-nu qura bilərsiniz.
Nümunə
üçün MongoDB-nin 3.6 deyil 3.4 versiyası üçün repo faylı aşağıdakı kimi olacaq.
[mongodb34]
name=MongoDB
3.4 Repository
baseurl=https://repo.mongodb.org/yum/redhat/$releasever/mongodb-org/3.4/x86_64/
gpgcheck=0
enabled=1
Yaratdığımız
repo fayllarının işlək olduğunu yoxlamaq üçün yum repolist əmrindən istifadə edək. Nəticəniz aşağıdakı kimidirsə
repo-lar işləkdir.
MongoDB-nin
3.6 versiyası SSL dəstəyi ilə compile olduğuna əgər sisteminizdə OpenSLL qurulu
deyilsə qurulmasına ehtiyac vardır. Yum install openssl əmri ilə bunu edə bilərsiniz.
MongoDB-nin
qurulması üçün yum install mongodb-org əmrindən istifadə edəcəyik. Bu komanda
ilə aşağıdakı paketlər qurulacaq.
Baxmayaraq
ki, bizim repo-larda həm 3.4 həm də 3.6 versiyaları mövcuddur, yum susmaya görə
ən yeni versiyanın yüklənməsini təklif edəcək. Hər hansı spesifik paket və ya
versiyanın qurulmasını istəyirsinizsə bu zaman bunu qeyd etməyiniz lazımdır.
yum
install mongodb-org-3.4.0
RedHat
və Centos – da Selinux istifadə edirsinizsə MongoDB-nin işlədiyi port-un
Selinux port context-ni dəyişməlisiniz. Getenforce əmri ilə Selinux-un aktiv
olub – olmamasını yoxlaya bilərsiniz (Enforcing-aktivdir, Permissive və ya
Disabled – aktiv deyil). Əgər fərqli dəyər verilməyibsə bu susmaya görə 27017
portudur. /etc/mongod.conf faylında bu dəyər net bölməsinin altında qeyd edilməlidir.
Hansı
port istifadə edilməsindən asılı olaraq selinux əmri aşağıdakı kimi olacaq. Əgər
Selinux Permissive və Disabled modundadırsa bu əməliyyatı etməyə ehtiyac
yoxdur.
semanage port -a -t mongod_port_t -p tcp 27017
MongoDB servisini start etməzdən öncə /etc/mongod.conf
faylına nəzər yetirək. Hal – hazırda bu faylda servisin start edilməsi üçün gərəkli
olan ilkin parametrlər qeyd edilib. Bunlardan bizə maraqlı olan storage və
systemLog bölmələridir. Storage bölməsində MongoDB data fayllarının hansı qovluqda
yerləşəcəyi qeyd edilir. Server yükləndikdə susmaya görə bu /var/lib/mongo qovluğudur.
İstəyinizə və tələblərinizə uyğun olaraq dəyişdirilə bilər. Qovluq dəyişdirilərsə
yeni dəyər /etc/mongod.conf faylında qeyd edilir və əgər Selinux aktivdirsə
uyğun context verilir. Nümunə üçün əgər data qovluğunu /data ilə əvəzləyəriksə
aşağıdakı dəyişikliklər edilməlidir.
semanage fcontext -a -t mongod_var_lib_t
"/data(/.*)?"
Config faylına müvafiq dəyişikliklər etdikdən sonra mongod
servisini start edə bilərik.
systemctl start mongod
Data fayllarımızın yerləşdiyi qovluğu yoxladıqda faylların
yarandığını görə bilərik.
Serverimiz start oldu və biz artıq mongo əmrini işə salaraq
ona bağlanaraq istifadə edə bilərik.
MongoDB və ümumiyyətlə NoSQL mənim üçün də yeni mövzu
olduğuna görə təklif və düzəlişlərinizi şərhlər bölməsində qeyd edə bilərsiniz.
0 şərh.:
Post a Comment