Birinci üsul
Win+R düymələrini sıxıb, açılan pəncərədə regedit əmrini daxil edirsiniz. Əgər açılan pəncərənin nə olduğunu bilmirsinizsə ikinci üsula keçin. Bilirsinizsə aşağıda göstərilmiş keçid üzrə keçib RPEnabled açarının əmsalını 0 edin. Bundan sonra köhnə stildə menyudan istifadə edə bilərsiniz. Əgər geri qaytarmaq istəsəniz 0 əvəzinə 1 daxil edin.
HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Explorer
İkinci üsul
Daha rahat və sadə üsul. Bunun üçün bura klikləməklə kiçik və 1 düymədən ibarət proqram yükləyirsiniz.Proqramın müəllifi qeyd edir ki, proqram ilk dəfə işə salındığı vaxt Net 3.5.1 tələb edə bilər. Bunun nə olduğu sizə maraqsızdırsa Windows özü bu faylı yükləyib sizin kompüterə quraşdıracaq və bu barədə sizə məlumat verəcək. Bundan sonra proqramı Administrator adından işə salıb METRO Uİ-ni söndürüb - yandıra bilərsiniz.
0 şərh.:
Post a Comment