Teleqraf əlifbası və ya Morze əlifbası həyatımıza kompüterlərin, internetin daxil olmasına baxmayaraq, bu günümüzdə belə həvəskar teleqrafçılar tərəfindən isitfadə olunmaqdadır.
Morze əlifbasında hər bir hərfi ifadə etmək üçün uzun siqnal (tire) və qısa siqnal (nöqtədən) istifadə olunur. Morze əlifbasında siqnal uzunluğunun şərti əmsalı kimi nöqtənin siqnal uzunluğu qəbul edilir. Tire-nin siqnal uzunluğu üç nöqtənin siqnal uzunluğuna bərabərdir. Hərflər arasındakı məsafə üç nöqtə, sözlər arasındakı məsafə isə 7 nöqtəyə bərabərdir.
Morze əlifbasını öyrənməyin çətinliyinin səbəbi hər bir hərfə uyğun nöqtə - tire kombinasiyasını yadda saxlamaqdır. Aşağıdakı şəkillərdə ingilis və rus əlifbasının, rəqəmlərin, bəzi simvolların morze əlifbasındakı ekvivalenti ilə tanış ola bilərsiniz.
0 şərh.:
Post a Comment